Saturday 20th April 2024,

2007_2008

Ξ Leave a comment

“Bələdiyyələrdə ictimai informasiyaların açıqlanmasının effektiv mexanizmlərinin yaradılması” mövzusunda Dəyirmi Masa keçirilib

posted by

17.04.2008
               “İnformasiya Azadlığının İnkişafı “ Koalisiyasının 
                                         Məlumatı

    17 aprel 2008-ci il tarixdə BMM-də “İnformasiya Azadlığının İnkişafı “ Koalisiyası və tərəfdaş təşkilat olan AVCİYA  tərəfindən “Bələdiyyələrdə ictimai informasiyaların açıqlanmasının effektiv  mexanizmlərinin yaradılması” mövzusunda  Dəyirmi Masa keçirilib.  
    Dəyirmi Masada Multimedia Mərkəzinin direktoru, Layihənin rəhbəri  Osman Gündüz tədbirim məqsədi və əhəmiyyəti haqqında məlumat verib.  Vətəndaş –bələdiyyə münasibətlərinin effektiv qurulması istiqamətində müəyyən addımlar atılsa da  İnformasiya əldə edilməsi haqqında  Qanunun tələblərinin yerinə yetirilməsi baxımından  ciddi problemlərin olduğunu bildirdi.  Cəmi  14 Bələdiyyənin internet resursunun mövcud olmasını qeyd etdi. İndiyədək bu layihə çərçivəsində Bərdə şəhər, Lənkəran şəhər, Nəsimi və M. Rəsulzadə  Bələdiyyələrinin internet resursları yaradıldığını, Bələdiyyə üzvlərinə və qulluqçularına, Bələdiyyələrdə informasiya resursları ilə işləyəcək şəxslərə Treninqlər  keçirildiyi qeyd olunub.
    Dəyirmi Masada Koalisiyanın üzvü, AVCİA-nın  eksperti  Vüqar Tofiqlinin  “Bələdiyyələrdə informasiya açıqlığının vəziyyəti” mövzularında  təqdimatı oldu. Təqdimatda Vətəndaş –bələdiyyə münasibətlərin çevik və effektiv qurulmasına mane yaradan problemlərə  ciddi  diqqət  yetirildi. IKT hazirliği olan Kadrların yetərli olmaması,  bələdiyyələrin texniki-texnoloji təminatının zəif olması, maliyyə təminatının azlığı xüsusilə qeyd olundu.
    Toplantıda Nəsimi Bələdiyyəsi və M. Rəsulzadə Bələdiyyəsinin nümayəndələri Samir Qəhrəmanov və  Teyyub Zamanov  tərəfindən   Layihə çərçivəsində hazırlanan bu Bələdiyyələrin rəsmi internet resurslarının təqdimatları olub.
Təqdimatlarda  hər iki Bələdiyyənin rəsmi  saytlarının strukturu və informasiya təminatı haqqında slaydlar nümayiş etdirilib. Gələcəkdə   bu resursları daha da  zənginləşdiriləcəyi bildirilib.
     Dəyirmi Masada İnformasiya əldə edilməsi haqqında Qanunun Bələdiyyələr üzərinə qoyduğu vəzifələrin gerçəkləşdirilməsi,  bələdiyyələr  və vətəndaşların qarşılıqlı münasibətlərinin qurulmasında çevik və effektiv yolların tapılması ətrafında müzakirələr aparılıb.
    Müzakirələrdə Milli Məclisin nümayəndəsi Yaşar Əmaşov , müstəqil ekspert Ələsgər Məmmədli,  Konstitusiya Araşdırmaları Fondunun rəhbəri   Əliməmməd Nuriyev, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri  İlham Abbasov , Bələdiyyələrlə iş üzrə QHT Alyansının  nümayəndəsi Abil Bayramov, sabiq millət vəkili  Şaitddin Əliyev , Layihənin eksperti Azər Həsrət , “Sahil” İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Koalisiyanın üzvü, Vahid Qasımov, İqtisadi Tədqiqatlar Mərkəzinin nümayəndəsi Dünya Camalova, İnformasiya Texnologiyaları İnstitutunun aspirantı Aygün Əhmədova, Nəsimi Bələdiyyəsinin sədr müavini Şirin Quliyev çıxış edərək  vətəndaş –bələdliyə münasibətlərinin daha effektiv qurulması istiqamətində təkliflər irəli sürüblər.
     Dəyirmi Masa  Counterpart International təşkilatı tərəfindən dəstəklənən “Vətəndaşların informasiya  azadlığının gerçəkləşməsinə  dəstək” Layihəsi  çərçivəsində həyata keçirilir.
Bələdiyyələrdə informasiya münasibətlərinin daha effektiv mexanizmlərinin uyğun
  Layihə haqqında  daha geniş məlumatı www.informasiya.org  saytından əldə etmək olar.
  Dəyirmi Masada Bələdiyyələrinin, dövlət  və ictimai sektorun,  Beynəlxalq qurumların nümayəndələri  iştirak edib.

Multimedia Mərkəzi
492-44-44
www.informasiya.org 
info@informasiya.org  

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV