Tuesday 19th March 2024,

Xəbərlər

Ξ 2 comments

“Dövlət qurumlarının onlayn şəffaflığı : problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib

posted by informadmin

25.10.2016
Multimedia  Mərkəzinin
Məlumatı

Multimedia Mərkəzi tərəfindən “Dövlət qurumlarının onlayn şəffaflığı : problemlər və perspektivlər” mövzusunda  Dəyirmi Masa keçirilib. Dövlət qurumlarının informasiya açıqlığı üzrə növbəti Hesabat və Reytinq Cədvəli təqdim edilib.

Tədbirdə Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz informasiya  açıqlığı üzrə Mərkəzi və yerli icra   qurumlarının növbəti Hesabatını  və Reytinq  Cədvəlini   ictimaiyyətə təqdim edib.

O, 4 ay ərzində  70 Mərkəzi icra orqanının  və 68 Yerli icra hakimiyyətlərinin rəsmi internet resursunun monitorinqinin aparıldığını  qeyd edib.

O, rəsmi saytların 60  parametr üzrə kəmiyyət  və  keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla  informasiya  açıqlığı  vəziyyətinin analiz olunduğunu  bildirilib.  Hər bir qurum üzrə araşdırmaların yekunu olaraq icmal və tövsiyələr hazırlandığı diqqətə çatdırılıb.

Osman  Gündüz  Mərkəzi mərkəzi icra orqanlarında informasiya açıqlığı sahəsində  əvvəlki illərlə müqayisədə əhəmiyyətli müsbət irəliləyişlərin olduğunu, daha çox mərkəzi icra orqanı arasında informasiya açıqlığı üzrə rəqabətin yarandığını  qeyd edib.

Monitorinqin nəticələrinə əsasən informasiya  açıqlığı üzrə Reytinq Cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq   Vergilər Nazirliyi (79.1%), Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (78.5%) və Dövlət Neft Fondu ( 78.2 %) tutub.
Sonuncu yeri isə Azərbaycan Hava Yolları QSC (32.1 % ) tutub.

70 Mərkəzi icra qurumları üzrə orta informasiya  açıqlığı  göstəricisi  61.5 %  (  2015-ci ildə  56%,  2013-cü ildə  39 %,  2012-ci ildə 33.5%) olub.

Cari ildə 70 dövlət qurumundan  artıq 60- informasiya açıqlığı üzrə 50%-lik həddi keçə biliblər.

2015-cü ildə cəmi  55 qurum informasiya açıqlığı üzrə 50%-lik həddi keçə bilib, 2013-cü ildə  cəmi  21 qurumun açıqlıq göstəricisi 50%-dən yüksək olub.

Yerli icra hakimiyyətləri (şəhər və rayon) üzrə orta informasiya açıqlığı göstəricisi isə cəmi 14.5 %  ( 2015-ci ildə 15%, 2013-cü ildə  : 12.7 %) olub.

Yerli icra qurumların informasiya açıqlığı sahəsində ciddi problemlərin qaldığı bir daha diqqətə çatdırılıb.Bu sahədə vəziyyətin daha kəskin olduğu bildirilib.  Ötən illərlə müqayisədə  yerli icra orqanlarında , rayon və çəhər icra hakimiyyətlərinin rəsmi saytlarında hər hansı bir ciddi dəyişiklik baş vermədiyi, əksinə gerilə olduğu qeyd edilib. Qeyd edilib ki bu qurumların saytlarının hamısı bir-birini təkrarlayır, açıqlanması məcburi olan infromasiyalarn 80-90% -i rəsmi saytlarda yoxdur..

Ötən müddətdə  Dövlət Nefft Fondunun, VXSİ Dövlət Agentliyinin, Əmlak Məsələləri Dövlət Agentliyinin,Gənclər və İdman Nazirliyinin, QHT-lərə Dövlət Dəstəyi Şurasının, Müəllif Hüquqları Agentliyinin, Standartlaşdırma , Meterologiya və Patent üzrə Dövlət Komitəsinin informasiya açıqlığı sahəsində əh’miyyətli irəliləyişlərin olduğu bildirilib.

Bununla belə Hesabatda əvvəlki illərdə infromasiya açıqlığı sahəsində daha yaxşı mövqedə olan Təhsil Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Mərkəzi Bankın, Fövqəladə Hallar Nazirliyinin onlayn infromasiya resurslarında  müəyən qədər geriləmələrin olduğu bildirilib.

Dəyirmi Masada  Millət vəkili Əflatun Amaşov, Açıq Hökumətin Təşviqi üzrə Platformanın kordinatoru Əliməmməd Nuriyev, media ekspertlər  Ələsgər MəmmədliAzər Həsrət, VXSİ Dövlət Agentliyinin bölmə müdiri Ulduz Xəlilova, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi Tahir Məmmədov, RYTN Məlumat Hesablama Mərkəzinin şöbə müdiri Nadir Rəsulov ,Ombudsman Aparatının əməkdaşı Faiq Agayev , Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən

İsfəndiyar Hacıyev, XDMX Xüsusi Rabitə və İnfromasioya Təhlükəsizliyi Dövlət Agentliyinin rəsmisi Tural Məmmədov, Şəffaflıq Azərbaycan qurumunun Məhəmməd Muradov , Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov,  Yeni Media Jurnalistləri” İB-nin sədri Xaqani Səfəroğlu və digər nümayəndələr çıxış ediblər.

Çıxışlarda növbəti monitorinqin mühüm ictimai əhəmiyyət kəsb etməsi vurğulanıb. Bu sahədə mərkəzi icra orqanlarında son illərdə xeyli irəliləyişlərin olduğunu bildiriblər. Bununla belə çıxışlarda həmçinin hələ də açıqlanması məcburi olan informasiyaların xeyli hissəsinin bəzi Mərkəzi icra orqanlarından ,  xüsusilə də  yerli icra orqanlarının  saytlarından əldə edilməsinin mümkünsüzlüyü qeyd olunub. Bu sahədə dövlət nəzarətini həyata keçirməli olan  dövlət qurumunun da  fəaliyyətinin zəif olması vurğulanıb .  Yerli icra orqanlarının informasiya açıqlığı sahəsindəki mövcud vəziyyətin çox aşağı səviyyədə olması vurğulanıb.

Monitorinqin nəticələrinin ictimailəşdirilməsinin və davamlı olaraq  aparılmasının  zəruriliyi qeyd

olunub. Təqdimat mərasimində hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimaisektorun təmsilçiləri  iştirak edib.

Layihə  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib

Fotolar : https://business.facebook.com/multimediamerkezi/photos/?tab=album&album_id=1363654267008034

Multimedia Mərkəzi

www.informasiya.org

informasiya@gmail.com

Məqaləni paylaş

2 Comments

  • Many thanks extremely beneficial. Will certainly share website with my good friends. Janice Harris Querida

  • Pretty! This has been an incredibly wonderful post. Thank you for supplying this information. Sheba Donalt Guarino

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV