Saturday 20th April 2024,

2007_2008

Ξ Leave a comment

Maliyyə Nazirliyinə məxsus www.maliyye.gov.az ünvanındakı İnternet resursunun monitoringi

posted by

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin www.maliyye.gov.az domen adlı İnternet resursu ilkin olaraq zəngin sayt təsiri bağışlayır. Ancaq onun funksionallıq problemlərinin olması bu saytdan istifadəni ciddi əngəlləyəcək amildir. Sayt Mozilla Firefox səyyahında tam olaraq istifadə edilə bilmir. Bundan başqa sənədlərinin demək olar ki, böyük əksəriyyətinin .xls, .pdf və s. formatlarda olması yenə də onun istifadəsini mümkünsüz və ya çətin edir. Bir daha qeyd edirik ki, Mozilla səyyahı ilə saytı tam şəkildə ziyarət edə bilmədiyimizdən onun tərkibi haqqında elə də ciddi fikirlər söyləmək imkanımız yoxdur. Sadəcə sayta nəzər sala bilmək üçün İnternet Explorerin gücündən istifadə etdik və ilkin nəticələr də aşağıdakı kimi oldu.

Nazirliyin saytı ana səhifə ilə açılır. Yuxarıda Azərbaycanın dövlət herbi önündə qurumun adı yazılıb və sağ uzaq küncdə də binasının şəkli verilib. Bu blokun alt hissəsində Az və Eng keçidləri də yerləşdirilib. Daha aşağıda isə üfqi şəkildə əsas menyu verilib.

Bunlardan sonra sayt üç şaquli blokla davam edir. Sol blok tabeliçilikdə olan müəssisələr, maliyyə nazirinin çıxışları, normativ hüquqi aktlar, "Maliyyə və uçot" jurnalı keçidləri, valyuta məzənnələri, DGİ üzrə dinamika və axtarış qutusunu ehtiva edir.

Orta blokda isə haqqımızda və xəbərlər olmaqla iki bölmə yer alıb. Və ən nəhayət sağ blok müxtəlif məlumat (elanlar, tenderlər…, faydalı linklər, əlaqə (vəzifəli şəxslərin telefon nömrələri və e-poçt ünvanları)) və linklər bölümlərinə ayrılıb.

Saytın dabanı isə yoxdur.

Əsas menyu

Ümumi məlumat: haqqında, əsasnamə (mətni), tarixi (1918-ci ildən günümüzə qədər olan maliyyə nazirlərinin siyahısı), rəhbərlik (nazir və 2 müavininin biografiyaları), struktur (vəzifəli şəxslərin adları), kollegiya (tərkibi), yerli maliyyə organları (siyahı);

Dövlət büdcəsi: 2005-2008-ci illərə aid bilgilər (.pdf və .xls formatlarında);

Dövlət istiqrazları: diagram və 2005-2007-ci il bilgiləri (.xls formatında);

Dövlət sığorta nəzarəti: sığorta təşkilatları, statistik göstəricilər, sığorta fəaliyəti, sığorta qanunvericiliyi, sığorta nəzarəti xəbərləri, məqalələr;

Xarici dövlət borcu: Azərbaycana xaricdən cəlb edilən kreditlər və oların strukturu barədə 1 yanvar 2008-ci il tarixi vəziyyətinə məlumat və .xls formatında sənədlər;

Mühasibat uçotu: maliyyə hesabatlarının beynəlxalq standartları, milli mühasibat uçotu standartları;

Baş dövlət xəzinədarlığı: büdcə səviyyəsinin kodu, büdcə təsnifatları, büdcə təşkilatları, məlumat bazası (18 yanvar 2008-ci ilə olan bilgi, .zip formatında).

Göründüyü kimi ilkin təəssürat yaxşı olsa da Maliyyə Nazirliyinin İnternet resursu elə də zəngin hesab edilə bilməz. Üstəlik saytın istifadə rahatlığı da yoxdur.

Ümumi rəyimiz isə bundan ibarətdir ki, saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 9-u yerləşdirilib.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV