Friday 29th March 2024,

2007_2008

Ξ Leave a comment

Ali Məhkəməyə məxsus supremecourt.gov.az ünvanındakı İnternet resursunun monitoringi

posted by

Azərbaycan Respublikası Ali Məhkəməsinin www.supremecourt.gov.az domen adlı İnternet resursunun monitorinqinin nəticələrinə əsasən o zəngin və ya dolğun hesab edilə bilməz. Yəni saytda bir sıra zəruri bilgilər olsa da orada ən vacib informasiyaları tapmaq mümkün deyil. Üstəlik saytın tərtibatını elə də uğurlu hesab etmək olmaz. Hər halda bu resursun qurucuları onun üzərində daha ciddi işləyib müasir tələblərə cavab verən interaktiv bir resurs qursalar yaxşı olar.

Ali Məhkəmənin saytı ana səhifə ilə açılır. Yuxarı hissədə Azərbaycanın dövlət atributlarından istifadə olunmaqla qurumun adı yazılıb. Ondan aşağıda Ru və Eng keçidləri yerləşdirilib. Daha aşağıda sol tərəfdə əsas menyu, onun aşağısında saytın istehsalçısı haqqında bilgi, sağ tərəfdə isə xəbərlər və elan adlı bölmələr (?) yer alıb. Bir də ki, şəkillərdən istifadə edilib.

Əsas menyu

Məhkəmə sistemi: 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası (24 avqust 2002-ci ildə edilmiş əlavələr və dəyişikliklərlə), V Bölmə. Məhkəmə sistemi, 10 iyun 1997-ci il tarixdə qəbul edilmiş "Məhkəmələr və hakimlər haqqında" qanun, əlavə və dəyişikliklərlə, "Məhkəmə-Hüquq Şurası haqqında" Qanun, 28 dekabr 2004-cü il;

Ali Məhkəmənin strukturu: rəhbərlik, cinayət işləri üzrə məhkəmə kollegiyası, mülki işlər üzrə məhkəmə kollegiyası, iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyası, hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyası, katiblik, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsi, analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsi, beynəlxəlq əlaqələr, hüquq və informasiya təminatı şöbəsi, vətəndaşların qəbulu, müraciətlərin qeydiyyatı və baxılması şöbəsi, maliyyə-təsərrüfat şöbəsi, arxiv;

Plenum: haqqında qısa bilgi;

Qərarlar: cinayət işləri üzrə məhkəmə kollegiyası, plenumun qərarları, mülki işlər üzrə məhkəmə kollegiyası, hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyası, iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyası;

Hakimlərin intizam məsuliyyəti: Not Found. The requested URL /cat10.html was not found on this server;

İşlərin təyinatı. Baxılmış işlərin nəticələri: təyinat, nəticə;
Məhkəməyə aidiyyat: cinayət işləri üzrə məhkəmə aidiyyatı, mülki işlər üzrə məhkəmə aidiyyatı;

Vətəndaşların qəbulu: vətəndaşların qəbulu, ərizə və müraciətlərin qəbulu, arayışlar;

Fotogalereya: müxtəlif şəkillər.

Göründüyü kimi Ali Məhkəmənin İnternet saytı elə də zəngin deyil. Üstəlik burada axtarış və abunə imkanları, arxiv də gözə dəymir. Hərçənd bir neçə daxili bölmədə axtarış və arxiv imkanları var və onlar yalnız həmin bölmələrə aid olmaqla saytı tam əhatə etmirlər.

Ümumi rəyimiz isə bundan ibarətdir ki, bu resurs “İnformasiya əldə etmək haqqında” qanuna tam cavab vermir. Saytda bu qanunda nəzərdə tutulan 33 adda informasiyadan yalnız 8-i yerləşdirilib.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV