Thursday 25th April 2024,

2007_2008

Ξ Leave a comment

Dövlət Sosial Müdafiə Fonduna məxsus www.sspf.gov.az ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

Monitoringin nəticələrində də qeyd etdiyimiz kimi Dövlət Sosial Müdafiə Fondunun İnternet saytı bir sıra özəllikləri ilə seçilir. Xüsusən burada büdcə haqqında bilgilərin verilməsi təqdirəlayiqdir. Üstəlik statistik bilgilərə geniş yer verilməsi də təqdir olunandır. Ancaq bütün bunlar o demək deyil ki, saytın işi yetərincə yüksək səviyyədə qurulub. Elə qüsurlar var ki, onların saytda olmasının özü təəccüblüdür. Məhz bunları və saytın fəaliyyətini daha yaxşı görmək istəyimizi nəzərə alaraq bəzi tövsiyələrimizi dilə gətirmək istərdik.

1. Hər şeydən öncə saytın domen adı ilə bağlı təklif vermək istərdik. sspf domen kökünün Azərbaycan dilli oxucuya nəsə dediyini iddia etmək düzgün olmazdı. Halbuki www.dsmf.gov.az domen adı, bizcə, daha ağlabatan olardı.

2. Monitoring zamanı da qeyd etdiyimiz kimi saytda onun işini çətinləşdirən “fləş” tətbiqatından istifadə edilib. Əlbəttə ki, zəng etmə rejimi ilə İnternetə bağlanan ziyarətçilər üçün bu ciddi problem yaradır. Ona görə də saytın yükünü yüngülləşdirməyə gərək var.

3. Eyni fikri bəzi formaların şəkilləri ilə bağlı da demək olar. Yəni həmin şəkilləri kiçildilmiş variantını əsas səhifədə yerləşdirib üzərinə tıqlamaqla yeni bir səhifədə tam ölçüdə açılmasını təmin etmək olar.

4. Saytda illik büdcələrin verilməsi də müsbət haldır. Ancaq həmin büdcələrin icra vəziyyəti haqqında bilgilərin yoxluğu şəffaflıqla bir araya sığmır.
5. Təəccüb doğuracaq bir məsələ də saytda axtarış imkanlarının olmamasıdır. Saytın tərtibatından hiss edilir ki, onu hazırlayanlar yetərincə peşəkar sayıla bilər. Ancaq axtarış qutusu qurub onu yerləşdirməmələri təəccüblüdür.

6. Eyni fikri saytda çatışmayan arxivlər bağlı da demək olar.

7. Xəbərlərin gec-gec yenilənməsi onu göstərir ki, fondun bu sahəyə məsul şəxsi və ya struktur bölməsi öz işinə elə də ciddi yanaşmır.

8. Nəzərə alsaq ki, Azərbaycan dövləti e-hökumət quruculuğuna ciddi önəm vermək əzmindədir və bu fond da əhalinin ən azır rübdə bir dəfə hesabat verdiyi dövlət qurumudur, o zaman burada elektron hesabatlar üçün də imkanların yaradılması faydalı olardı. Məsələn, Vergilər Nazirliyinin bu cür xidmətləri insanlar üçün xeyli rahatlıq yaradıb.

9. Təəssüf ki, bu saytda da işə qəbul qaydaları və boş iş yerləri haqqında bilgi yoxdur. Yaxşı olardı ki, (əslində qanun tələb edir) bu cür bilgilər sayta yerləşdirilsin.

10. Ştat cədvəllərinin də ayrıca verilməsi məqsədəuyğundur və s.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV