Wednesday 12th December 2018,

2007_2008

Ξ Leave a comment

Dövlət orqanlarının rəsmi internet saytlarının Monitorinqi -HESABAT ( noyabr, 2007 – 01 may, 2008 )

posted by

Dövlət orqanlarının rəsmi internet  saytlarının Monitorinqi

HESABAT

 ( noyabr, 2007 –  01 may, 2008 )

www.informasiya.org
492 44 44

Giriş. Ötən ilin nəticələri.

2006-cı ildən etibarən Multimedia Mərkəzi tərəfindən ictimai informasiya subyektlərinin informasiya açıqlğı üzrə Monitorinqi aparılır.

2007-ci ildə “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən dövlət  qurumlarının internet resurslarının Monitorinqi həyata keçirilməyə başlanıb.

2005-ci il dekabrın 19 -da  “İnformasiya əldə edilməsi haqqında ” Qanunun  qəbulundan sonra  rəsmi informasiyanın ilk  mənbəyi kimi dövlət orqanının rəsmi internet resursunun rolu təsbit olunub. Ən mühüm sosial-ictimai əhəmiyyətli informasiya məhz dövlət orqanlarının əlində olduğundan  bu faktor  olduqca mühüm əhəmiyyət kəsb edir. Dövlət orqanının rəsmi internet resursunun bir informasiya mənbəyi kimi təsdiq olunması vətəndaş-hökumət  münasibətlərini daha çevik  etməklə yanaşı, dövlət orqanının informasiya sahəsində öz məsuliyyətinin  artırılmasında mühüm  rol oynayır. Odur ki, qeyd olunan Monitorinq informasiya açıqlığı sahəsində real vəziyyəti aşkara çıxartmaq, vətəndaş cəmiyyətinin ictimai nəzarətinin gerçəkləşdirmək üçün xüsusi əhəmiyyət kəsb edir.

Ötən ilin  oktyabr ayında Monitorinqin birinci mərhələsinin yekunları ictimaiyyətə təqdim olunub. İnformasiya açıqlığı üzrə Reytinq Cədvəli açıqlanıb.  Bu Monitorinq ilk dəfə olaraq adı çəkilən Koalisiya tərəfindən hazırlanan Metodika əsasında gerçəkləşdirilib.

Ötən il  aparılan Monitorinqin nəticələri təxminən ondan ibarət olub ki, informasiya açıqlığı sahəsində müəyyən irəliləyişlər olsa da  dövlət  qurumlarının  böyük əksəriyyətinin rəsmi  saytları qanunvericiliyin tələblərinə  yetərincə cavab verməyib. Ötən il Monitorinqin obyekti olaraq 40  dövlət  orqanının İnternet saytı  analiz olunub. İnformasiya-məlumat xarakterli , istifadəçinin tələbatını ödəyəcək informasiyalar  olduqca azlıq təşkil edib. İnformasiya açıqlığı üzrə ən yüksək göstərici Vergilər Nazirliyinə məxsus olub və 46.5 % olub. Ən aşağı göstərici MTRŞ – a məxsus olub və 4 % təşkil edib. Ötən Monitorinqin nəticələri haqqında Hesabat 2007-ci ilin  oktyabrında açıqlanıb və www.informasiya.org-da tam mətn yerləşdirilib.

Monitorinqin 2-ci mərhələsinin yekunları

Monitorinqin Metodikası

Monitorinqin predmeti olaraq dövlət orqanlarının rəsmi internet  saytlarında yerləşdirilən informasiyanın  mövcud qanunvericiliyin tələblərinə,  həmçinin internet resurslarla  bağlı ümumi qəbul olunmuş normalara  cavab verməsi araşdırılıb. Monitorinqin obyekti olaraq 50  dövlət  orqanının rəsmi İnternet saytı  analiz olunub.

Monitorinqin müddəti: 01 noyabr 2007- 10 may 2008

Monitorinqin Məqsədi: Dövlət orqanlarının informasiya açıqlığının cari vəziyyətini müəyyən etmək

Ötən ildə istifadə olunan Metodika əhəmiyyətli dərəcədə təkmilləşdirilib.

1.                  Saytların informasiya təminatını araşdırmaq üçün parametrlər hazırlanıb. Bu parametrlər 4 Blok üzrə qruplaşdırılıb:

Blok 1. Dövlət qurumu haqqında məlumat (struktur, əsasnamələr, ünvanlar,
              vəzifəli şəxslər, ştat cədvəlləri  və s.)

Blok 2. Dövlət qurumunun fəaliyyəti (cari fəaliyyət, qanunvericilik, tədbirlər, işə
              qəbul, informasiya  resursları, statistik məlumatlar, satınalmalar, tenderlər,
              büdcə,  proqramlar  və s.)

Blok 3. Xidmətlər (ictimai xidmətlər, onların qiymətləri, OnLine  və interaktiv
              xidmətlər, lisenziyalar, rüsumlar  və icazələrlə  bağlı və s.)

Blok 4. Texniki və texnoloji tələblər (Saytın müxtəlif brauzerlərdə açılması və
              məlumatların düzgün oxunuşu,  axtarış sistemi, xarici dil, xarici görünüşü, 
              naviqasiya sistemi, keçidlər və s.)

2.                  Hər bir Blok üzrə sosial əhəmiyyətlik əmsalları müəyyən edilib

Müxtəlif parametrlər üzrə sosial əhəmiyyətlilik dərəcəsi müxtəlif olduğundan buna  uyğun olaraq əmsallar hazırlanıb. Hansısa informasiyanın dövlət orqanlarının saytında yerləşməsinin zəruriliyi monitorinq prosesində nəzərə alınıb, yalnız  konkret dövlət orqanının saytında yerləşməli olan informasiyanın qiymətləndirilməsi aparılmayıb.

3.                  Kriteriyalar hazırlanıb. Hər  bir  Parametrin kriteriyalara uyğun olaraq qiymətləndirilməsi aparılıb.

Kriteriya olaraq informasiyanın kəmiyyət  və keyfiyyət  göstəriciləri əsas götürülüb:

Kəmiyyət

–          İnformasiyanın saytda mövcud olub–olmaması

Keyfiyyət

– aktuallıq

– dolğunluq

– əldə olunma vəziyyəti

Hər bir dövlət  qurumunun saytı üzrə Yekun icmal hazırlanıb
Hər  bir dövlət  qurumunun saytı üçün Tövsiyyələr hazırlanıb
Ümumi Reytinq Cədvəli hesablanıb

Monitorinq nəticəsində əldə olunmuş  məlumatlar  təhlil olunaraq Metodikaya uyğun olaraq qiymətləndirmə həyata keçirilib. Qiymətləndirmənin yekunu olaraq informasiya açıqlığı üzrə Reytinq Cədvəli hazırlanıb.

          İnformasiya  açıqlığı üzrə dövlət orqanlarının
Reytinq Cədvəli ( noyabr, 2007 –  01 may, 2008 )

Rəsmi saytları fəaliyyət göstərməyən və saytı olmayan dövlət qurumları          
Cədvəl 2

1 Fövqəladə Hallar Nazirliyi
 
2. Müdafiə Nazirliyi

3. Müdafiə Sənayesi Nazirliyi
 
4 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.
 
5. Dövlət Miqrasiya Xidməti

 

Ötən dövr ərzində rəsmi saytları yenidən qurulan və saytları yeni hazırlanan qurumlar

Azərbaycan Respublikasının Prezidenti ( Yenidən qurulub)
 
 Tarif Şurası ( Yeni fəaliyyətə başlayıb)
 
Ailə , Uşaq  və Qadın problemləri DK ( Yeni fəaliyyətə başlayıb)
 
 Milli Məclis ( Yenidən qurulub)
 
  Auditorlar Palatası ( Yenidən qurulub)
 
 Dövlət Satınalmaları Agentliyi( Yenidən qurulub)
 
 Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
 
 Milli TeleRadio Şurası ( Yenidən qurulub).     

1. Reytinq Cədvəlində 1-ci yer ötən Monitorinq prosesində olduğu kimi  66 % informasiya  açıqlığı olan Vergilər Nazirliyinə  məxsusdur. Bu qurum sistemli şəkildə və müntəzəm olaraq  öz  İNTERNET resursu  vasitəsilə vətəndaşlarla  birbaşa çevik  əlaqələrin  qurulmasına  diqqət yetirməsi ilə  fərqlənir. Sayt daim təkmilləşdirilir və istifadəçilərin rahatlığı prinsipinə üstünlük verilir. Son dövrlərdə  bir  sıra  xidmətlərin də saytdan istifadə etməklə elektron formada göstərilməsi təklif olunur. Saytda monitorinq olunan parametrlərin əksəriyyəti üzrə müəyyən informasiya yerləşdirilirb.  Bununla belə saytda xəbərlərə abunə imkanının qoyulması, digər dövlət qurumları və müvafiq beynəlxalq təşkilatların saytlarına keçidlərin də yerləşdirilməsi, müxtəlif  sazişlərin mətnlərinin yerləşdirilməsi,  büdcənin icrasına dair  informasiyaların və s. bu kimi məlumatların da saytda yerləşdirilməsi xeyli faydalı olardı

2. Reytinq Cədvəlində informasiya  açıqlığı üzrə 2-ci yeri ötən Monitorinq prosesində olduğu kimi RİTN tutub. Bu saytda Monitorinq aparılan parametrlərin xeyli hissəsi üzrə kifayət qədər zəngin informasiya  yerləşdirilib. Sayt daim təkmilləşdirilir.  Bu ilki monitorinqin nəticəsinə əsasən İnformasiya  açıqlığı təxminən 57% təşkil edib. Bununla  belə elə bu rəqəmdən də görmək mümkündür ki, qurumun saytında yerləşdirilən informasiyanın həcmi  və keyfiyyəti qanunvericiliyin tələblərinə yetərincə cavab vermir. Elektron xidmətlərə hələlik yetərincə diqqət yetirilməyib. Bir  neçə parametr üzrə informasiya  yoxdur.  Saytda nazirliyin özünə aid büdcə ilə bağlı informasiyaların yerləşdirilməsi, işə qəbul qaydalarının ayrıca bir bənddə verilməsi , ştat cədvəlləri haqqında bilgilərin yerləşdirilməsi,  xəbərlərə və bu qəbildən olan xidmətlərə abunə imkanlarının qoyulması , şikayət, təklif və sorğuların icmalının əlçatımlı olması saytı daha sanballı edə bilərdi.

3.   Reytinq Cədvəlində 3-cü yer ötən ildə olduğu kimi Daxili İşlər Nazirliyinə məxsusdur. Bu qurumun informasiya açıqlığı 47% -dır.  Vaxtaşırı bu qurumda İnformasiya  texnologiyaların tətbiqi ilə  bağlı məsələnin müzakirəsi bir daha  sübut  edir ki, burada İnternet resursun inkişafına  ciddi münasibət  var. Monitorinqin nəticələrinə görə 40 parametrin xeyli hissəsi üzrə informasiya yerləşdirilib. İnformasiyanın qruplaşdırılması və  əlçatımlığı müəyyən dərəcədə təmin olunub. Naviqasiya  effektiv qurulub. Lakin bununla  belə  burada da mövcud tələblər  baxımından informasiya  ehtiyatı hələlik yetərli hesab oluna  bilməz. Xüsusilə də  informasiyaların yeniləşdirilməsi  və əhatəlilik olduqca  ləng aparılır. DİN-nin nəzarətində olan digər qurumların açıqlığı hələ də yetərincə inkişaf etdirilməyib. Əgər RİTN-nin saytında onun nəzarətində olan və ya onunla əlaqədə olan əksər digər qurumların da resurslarına keçidlər  qoyulubsa  və onlar aktivdirlərsə  hələlik DİN-də bu yetərli deyil. Burada da digər  qurumlarda olduğu kimi büdcə ilə bağlı, tenderlərlə  bağlı informasiyalara rast gəlmək olmur. Vəzifəli şəxslərin çıxışları kimi yalnız nazirin müsahibə və çıxışlarının yerləşdirilməsi yetərli sayıla bilməz. Nazirliyin digər yüksək vəzifəli şəxslərinin çıxışları da saytda yerləşdirilsə məqsədəuyğun olar. Daha bir çatışmazlıq nazirliyin ştat cədvəllərinin verilməməsidir. Sahəyə aid dövlət sirri təşkil edən bilgilərin də yerləşdirilməsi qanunun tələbləri sırasındadır. Şikayət və sorğuların icmalı, özünə aid məhkəmə aktları, həmçinin qurumun mülkiyyəti və ondan istifadə barədə bilgilər də saytda gözə dəymir.

Beləliklə ilk üç yer üzrə orta informasiya  açıqlığı  səviyyəsi təxminən 57 % – dir. 
50 dövlət qurumu üzrə orta informasiya açıqlığı göstəricisi təxminən  27 % olub.

Ötən il bu rəqəm 17%-ə bərabər olub.

İlk üç yerdən sonra informasiya açıqlığı üzrə ən yaxşı göstəricilər  müvafiq olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı, Milli Məclis, Dövlət Statistika Komitəsi, Dövlət Neft Fondu, Ədliyyə Nazirliyi, Dövlət Neft Şirkəti, Milli Bank və Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinə məxsusdur. Bu qurumların rəsmi resurslarında bir  sıra  parametrlər üzrə müəyyən dərəcədə əhatəlilik təmin olunub.

Ötən dövr ərzində informasiya açıqlığının təmin olunması üzrə müsbət istiqamətdə ciddi addımlar atan, informasiya açıqlığı vəziyyətini əhəmiyyətli dərəcədə dəyişən informasiya resursları aşağıdakılar olub:

Milli Məclisin rəsmi saytı

Azərbaycan Respublikasının prezidentinin rəsmi saytı

Dövlət Sosial Müdafiə Fondunun rəsmi saytı

Dövlət Qulluğunu İdarəetmə Şurasının rəsmi saytı

Satınalmalar  Üzrə Dövlət Agentliyin rəsmi saytı

Baş Prokurorluğun rəsmi saytı

Ötən dövrlə müqayisədə informasiya açıqlığı vəziyyətini yetərincə dəyişməkdə çətinlik çəkən, öz potensial imkanlarından səmərəli istifadə edə bilməyən,  əksinə bir sıra hallarda informasiya açıqlığı vəziyyəti əvvəlki dövrə nisbətən pisləşən qurumlar

Xarici İşlər Nazirliyi

Təhsil Nazirliyi

Dövlət Gömrük Komitəsi

Hesablama Palatası

  

Reytinq Cədvəlində informasiya  açıqlığı üzrə ən aşağı yerləri 

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi,

Baş Dövlət Yol Polisi İdarəsi,

Müəllif Hüquqları Agentliyi,

Kənd Təsərrüfatı Nazirliyi,

 Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə dövlət Komitəsi
tutub.

Ən aşağı yerləri bölüşdürən dövlət  qurumlarının orta informasiya  açıqlığı səviyyəsi  10 %  təşkil edir.

Kifayət qədər ictimai əhəmiyyət kəsb edən Fövqəladə Hallar Nazirliyi,  Sənaye  və Energetika  Nazirliyi, Müdafiə Nazirliyi , Müdafiə Sənayesi  Nazirliyi  və Miqrasiya Xidmətinin internet  resursları  hələ ki hazırlanmayıb

Dövlət orqanlarının saytlarında informasiyanın mövcudluq səviyyəsi

Ümumiyyətlə dövlət  qurumlarının saytlarında  daha çox  aşağıdakı  növ informasiyalar yerləşdirilir:

Monitorinqi  aparılan orqanlarda ən çox açıqlanan  informasiyalar aşağıdakılardır:

Cədvəl 4.


 İnformasiyalar
 
1. Əlaqə, ünvan ( telefon, faks, elektron poçt ünvanları, poçt ünvanı ) 
 
2. Dövlət qurumunun strukturu, ərazi təşkilatları,  tarixi və s.
 
3. Hüquqi-normativ sənədlər
 
4. Müxtəlif Proqramlar, layihələr haqqında cari  məlumatlar
 
5. Dövlət qurumunun  vəzifəli şəxsləri haqqında məlumatlar
 
6. Ümumiləşdirilmiş statistik məlumatlar
 

Dövlət qurumlarının rəsmi saytlarında bir  qayda olaraq açıqlanmayan informasiyalar aşağıdakılardır:

Cədvəl 5.


 İnformasiyalar
 
1. Tenderlər, müsabiqələr, dövlət satınalmaları haqqında məlumatlar
 
2. Dövlət qurumunun büdcəsi və onun icrası  haqqında 
 
3. Öz sahəsi ilə əlaqəli dövlət sirri təşkil edən məlumatların siyahısı
 
4. Xidmətlər, tələb olunan sənədlər, formalar  və s.
 
5. Boş iş yerləri, namizədlərə verilən tələblər, müsabiqə qaydaları
 
6. Xidmətlər, onların qiymətləri və tariflərin formalaşması
 
7. Rəhbər işçilərin qəbul saatları , qəbul qaydaları
 

NƏTİCƏLƏR

Monitorinqin nəticələrinə əsasən demək olar ki, 2007-ci ildəki vəziyyətlə müqayisədə dövlət  qurumlarının rəsmi saytlarının informasiya açıqlığı əhəmiyyətli dərəcədə müsbət istiqamətdə dəyişib.

 Bir informasiya mənbəyi olaraq rəsmilər tərəfindən Dövlət  qurumlarının saytlarına qarşı münasibət yaxşılığa doğru dəyişib.

Bir sıra dövlət qurumlarında informasiyaların keyfiyyətinə xüsusi diqqət yetirilməyə başlanıb.

Ötən dövr ərzində bir sıra  qurumlar  rəsmi saytlarını tamamilə yenidən qurub və  bununla  bağlı müvafiq struktur formalaşdırıb. (Milli Məclis, Tarif Şurası, Dövlət Satınalmalar Agentliyi, Auditorlar Palatası, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Əmlak Komitəsi)
Bir sıra  dövlət  orqanlarının saytlarının yaradılması istiqamətində  işlər  aparılır. Dövlət qurumları tərəfindən ictimai informasiyaların rəsmi saytlarda  yerləşdirilməsi artan istiqamətdə davam edir.

Əsas çatışmazlıqlar

Müsbət tendensiyaya baxmayaraq hələ də Rəsmi saytların xeyli hissəsi   informasiyanın bolluğu   cəhətdən ümumilikdə qanunvericiliyin tələblərinə yetərincə cavab vermir.

Əksər qurumların saytlarında yerləşdirilən informasiyalar keyfiyyət cəhətdən tələbatı ödəyəcək səviyyədə deyil

Hələ də bir  sıra dövlət qurumları var ki, orada ictimai informasiyaların açıqlanması üçün  internet resurslarının rolu və əhəmiyyəti yetərincə dəyərləndirilmir.

Əksər dövlət qurumlarında rəsmi saytlardan vətəndaşlarla interaktiv əlaqənin qurulmasında, elektron formada ən adi xidmətlərin göstərilməsində istifadə olunmur.

Bir sıra  dövlət  qurumları tərəfindən hələ də rəsmi  saytlar yaradılmayıb.

Dövlət orqanlarının internet resursları haqqında , onlara giriş imkanları haqqında vətəndaşlarda yetərli informasiya yoxdur.

Bu çatışmazlıqların aradan qaldırılması üçün

TÖVSİYƏLƏR

Dövlət qurumlarında qanunvericilikdə nəzərdə tutulduğu qaydada informasiya infrastrukturunun formalaşdırılması başa çatdırılmalıdır. Dövlət orqanlarında informasiya istehsalı prosesinin çevik və effektiv mexanizmləri hazırlanmalıdır.
Dövlət  qurumunun büdcəsində  informasiya istehsalı və açıqlanması ilə  bağlı  xərclər  ayrıca  qeyd olunmalıdır.
Qanunvericilikdə nəzərdə tutulduğu qaydada yalnız keyfiyyətli (aktual, yeni, dolğun, əhatəli, dəqiq) informasiyaların saytda yerləşdirilməsinə diqqət  yetirilməlidir.
İnformasiya əldə edilməsi haqqında Qanunun icrasına nəzarət məqsədilə yaradılmalı olan İnformasiya müvəkkilliyi institutunun formalaşdırılması nəhayət ki, öz həllini tapmalıdır.
Elektron formada təqdim olunması zəruri olan ən elementar xidmətlərin siyahıları dəqiqləşdirilməlidir.
 Dövlət qurumlarında elektron informasiya istehsalı ilə məşğul olanlar, informasiya infrastrukturuna  cavabdeh şəxslər üçün informasiyaların  yeni texnologiyalar  vasitəsilə açıqlanması  və xidmətlərin elektron formada  təqdim edilməsi sahəsində treninqlər təşkil olunmalıdır.
“Elektron Azərbaycan” Dövlət Proqramında vətəndaş-hökumət  münasibətlərinin  daha çevik formada qurulması ilə  bağlı nəzərdə tutulan  vəzifələr yerinə yetirilməlidir.
İnformasiya əldə edilməsi ilə  bağlı Qanunun gerçəkləşməsi istiqamətində  vətəndaşlar arasında maarifçilik işi  aparılmalı, onların sərbəst informasiya əldə etməsi üçün qanunvericilikdə nəzərdə tutulan ictimai informasiya  mərkəzləri yaradılmalıdır.
Müxtəlif  dövlət  qurumlarında  informasiya  texnologiyalarından istifadə vəziyyətini araşdırmaq  üçün Monitorinq keçirilməli  və bu sahədə mövcud olan kəskin fərqin aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir.
Qanunvericilikdə  nəzərdə tutulan müddət  bitməsinə  baxmayaraq öz rəsmi saytlarını  qurmayan dövlət  orqanlarının məhkəməyə verilməsi istiqamətində  vətəndaş cəmiyyətinin səyləri inkişaf etdirilməlidir.
 

01.05.2008
İnformasiya Azadlığının İnkişafı Koalisiyası

Multimedia Mərkəzi.

www.informasiya.org
www.cit.az

Hesabat İnformasiya Azadlığının İnkişafı Koalisiyası tərəfindən həyata keçirilən “Vətəndaşların informasiya  azadlığının gerçəkləşməsinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Layihə Counterpart İnternational təşkilatı tərəfindən dəstəklənib.

Hesabatın və Metodikanın tam mətni www.informasıya.org saytında yerləşdirilib.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV