Friday 19th April 2024,

Elektron xidmətlər

Ξ Leave a comment

Elektron xidmətlər sahəsində ciddi problemlər qalmaqdadır

posted by

Multimedia Mərkəzi dövlət qurumları tərəfindən elektron formada təqdim olunan xidmətlərin Monitorinqini aparıb.  Monitorinq   “İnformasiya  azadlığının inkişafı üçün çevik və effektiv mexanizmlərin yaradılması” Layihəsi çərçivəsində keçirilib. 

Monitorinq prosesində  dövlət orqanları tərəfindən elektron formada təqdim olunan müxtəlif xidmətlərin (müraciətlər, ərizələr, sorğular, qəbula yazılmaq, elektron formalar, elektron bəyannamələr, Qaynar xətt və s. )  mövcudluğu və işləməsi vəziyyəti araşdırılıb. Hər bir dövlət  qurumu üzrə elektron formada göstərilən xidmətin adı,  əldə olunması və istifadə qaydasını özündə  əks etdirən məlumat
toplusu hazırlanıb
www.informasiya.org saytında yerləşdirilib.  

Monitorinq prosesində elektron xidmətlər  üzrə 50 dövlət  qurumunun rəsmi internet resursları ( Prezidentin, Milli Məclisin Nazirlər Kabinetinin , Nazirliklərin, Dövlət Komitələrinin, İcra hakimiyyətlərinin , Məhkəmələrin və s  ) analiz olunub.

Monitorinq nəticəsində məlum olub ki,  az  sayda olsa da ayrı-ayrı dövlət qurumları tərəfindən  klassik formada təklif olunan adi xidmətlərin addım-addım elektron formaya keçirilməsinə  başlanıb. Əksər dövlət qurumları tərəfindən yalnız müraciət, əlaqə və sual-cavab üçün, müxtəlif formaların əldə olunması üçün elektron formadan istifadə olunur. 16 dövlət qurumu tərəfindən heç bir  xidmət elektron formada təqdim olunmur. Yalnız 5 dövlət qurumunun saytında  Qaynar Xətt xidməti haqqında məlumat qoyulub. Bir dövlət qurumunun təqdim etdiyi xidmət  istisna olmaqla, vətəndaşlar və hüquqi şəxslər  üçün ciddi əhəmiyyət kəsb edən xidmətlərin heç birisi elektron formaya keçirilməyib.
Ölkədə hələ də  “Elektron hökumət” quruculuğu üzrə konkret  Proqram qəbul edilmədiyindən, infrastruktur  problemləri həll olunmadığından, hökumət tərəfindən zəruri  elektron xidmətlərin Baza siyahısı təsdiqlənmədiyindən, həmçinin lazımi maarifçilik işləri aparılmadığından vətəndaşların böyük əksəriyyəti  bu imkanlardan yararlana bilmirlər.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.

Geniş məlumat www.informasiya.org saytında yerləşdirilib.

Multimedia Mərkəzi

Tel: 492 44 44 
www.cit.az
www.informasiya.org
info@informasiya.org

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV