Friday 19th April 2024,

2009

Ξ Leave a comment

Azərbaycan Respublikası Mill Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az domen adlı İnternet saytının monitorinqinin nəticələri /İCMAL/

posted by

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az domen adlı İnternet resursu bir neçə göstəricisinə görə müsbət mənada fərqli təsir bağışlayır. Xüsusən də Azərbaycan Xalq Cümhuriyyəti dövründən günümüzə qədər milli təhlükəsizlik sisteminə rəhbərlik edənlər haqqında bilginin verilməsi olduqca təqdirəlayiqdir. Bununla belə saytda xeyli çatışmazlıq da var. Aşağıda müşahidə etdiyimiz bir sıra məqamları diqqətə çatdırırıq:

1. Nazirliyin özü ilə bağlı informasiya demək olar ki, dolğun və tamdır. İstər qurumun tarixi, istərsə də onun fəaliyyətini təmin edən qanunverici baza haqqında yetərincə bilgi var.
2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün ümumi imkanlar olsa da ayrı-ayrı struktur bölmələri və onların rəhbərləri ilə əlaqə imkanları yetərli deyil, yaxud da heç yoxdur.
3. Nazirliyin strukturunun sxemi və ümumiyyətlə strukturu barəsində heç bir bilgi yoxdur. Yalnız nazirliyə tabe olan bəzi qurumlar haqqında qısa bilgi verilib.
4. Rəhbər və rəhbər işçilər bölməsində yalnız nazirin biografiyası verilib. Digər rəhbər işçilər barəsində heç bir şey gözə dəymir. Bundan başqa rəhbərlə birbaşa əlaqə üçün də heç bir vasitə göstərilməyib.
5. Nazirliyin cari fəaliyyəti haqqında informasiya verilsə də burada operativlikdən söhbət gedə bilməz. İnformasiyalar xeyli köhnə sayıla bilər.
6. Nazirliyin büdcəsi haqqında bir kəlmə də deyilmir. Halbuki şəffaflığı təmin etmək baxımından bu olduqca vacibdir.
7. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təklif edilən xidmətlər və onların icra qaydaları barədə də heç bir bilgi verilməyib.
8. Nazirliyə və onun ayrı-ayrı struktur bölmələrinə işə qəbulla bağlı informasiya da gözə dəymir.
9. Nazirlikdə əmək haqlarının formalaşması və ayrı-ayrı vəzifə sahiblərinin əmək haqları barədə informasiya açıqlanmır.
10. Təəssüfləndirici haldır ki, vətəndaşların qəbulu ilə bağlı da heç bir informasiya verilmir. Halbuki bu olduqca vacibdir.
11. Tender və müsabiqələr haqqında informasiyanın yoxluğu da nazirliyin bu sahədə fəaliyyətinin şəffaflığını şübhə altına qoyur.
12. Saytda çatışmayan informasiyalardan biri də nazirliyin norma və qanun yaratma fəaliyyəti ilə bağlıdır.
13. Saytın texniki imkanlarına gəlincə demək lazımdır ki, bu sahədə də durum ürəkaçan sayıla bilməz.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV