Friday 19th April 2024,

2009

Ξ Leave a comment

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.din.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.din.gov.az domen ünvanlı İnternet saytının bir sıra üstün məziyyətləri olsa da orada bəzi çatışmazlıqlar da gözə dəyir. Yəni sayt “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə tam cavab vermir. Bunu nəzərə alaraq saytın işini təkmilləşdirməklə bağlı aşağıda bəzi tövsiyələrimizi diqqətə çatdırmaq istərdik:

1. Yaxşı olardı ki, e-poçt ünvanı və başqa əlaqə vasitələri ilə yanaşı nazirliyin və onun ayrı-ayrı struktur bölmələrinin yer ünvanları barədə də bilgi veriləydi.

2. Quruma vətəndaşların ayrı-ayrı istiqamətlərdən gələ bilməsi üçün marşrut və ictimai nəqliyyat vasitələri barədə bilginin verilməsi də məqsədəuyğundur.

3. Nazirliyin daxili istifadəsi üçün nəzərdə tutulan əmr və sərəncamlar barədə də bilgi verilməsi zəruridir. Eyni zamanda belə sənədlərin reestrini də saytda yerləşdirmək lazımdır.

4. Təəssüf ki, saytda nazirliyin büdcəsi barədə bir kəlmə də deyilmir. Halbuki qanun belə bilgilərin ümumaçıq olmasını tələb edir. Bu baxımdan ümumi dövlət büdcəsinin nazirliyə aid hissəsi və onun icrası barədə bilgiləri saytda yerləşdirmək vacibdir.

5. Qurum tərəfindən təklif edilən xidmətlər və onların pullu hissəsi ilə bağlı bilgiləri bir qədər də dolğun şəkildə təklif etməyə ehtiyac var.

6. İşə qəbulla bağlı mümkün komissiyalar, həmçinin işə qəbulun nəticələri, işə qəbulun nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları haqqında informasiyanın saytda yerləşdirilməsi də zəruri tələblər sırasındadır.

7. Daha bir zərurət sahə işçilərinin əmək haqları ilə bağlı bilgilərin sayta əlavə edilməsi ilə bağlıdır.

8. Vətəndaşların qəbulundan imtinanın əsasları və qəbulla bağlı mübahisələrin həlli yolları haqqında da bilgi vermək məqsədəuyğundur.

9. Tender və müsabiqələr barədə bilgilərdə tenderlərlə bağlı heç bir bilgi verilmir. Bu cür informasiyaların verilməsi şəffaflıq baxımından olduqca vacibdir.

10. Qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı bilgilərin də yerləşdirilməsi zəruridir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV