Thursday 28th March 2024,

2009

Ξ Leave a comment

Daxili İşlər Nazirliyinin www.din.gov.az domen adlı İnternet saytının monitorinqinin nəticələri /İCMAL/

posted by

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.din.gov.az domen ünvanlı İnternet saytı dərhal bəzi üstün cəhətləri ilə diqqəti cəlb edir. Sayt özünün interaktivliyi və bir sıra məsələlərdə informasiya zənginliyi ilə seçilir. Ancaq bu heç də o demək deyil ki, nazirliyin bu resursu bütün tələblərə tam cavab verir. Saytda gördüklərimizi aşağıda bənd-bənd diqqətə çatdırmaq istərdik:

1. Qurumun özü və tarixi ilə bağlı informasiya blokunu tam və dolğun hesab etmək olar. Burada demək olar ki, çatışmayan informasiya yoxdur.

2. Ziyarətçilərin qurumla əlaqə saxlaması üçün telefon, e-poçt ünvanları və onlayn forma var. Ancaq təəccüblüdür ki, nazirliyin yer ünvanı haqqında heç bir bilgi yoxdur. Bundan başqa nazirliyə gəlmək üçün marşrut da göstərilməyib.

3. Qurumun strukturu saytda sxem halında olmasa da tam təsvir edilib. Ancaq bir sıra əsas struktur bölmələrinin telefon nömrələri verilsə də ünvanları göstərilməyib.

4. Nazirliyin rəhbərləri haqqında biografik bilgilər tam və dolğundur. Əks əlaqə imkanları da yetərli hesab edilə bilər.

5. Qurumun cari fəaliyyəti barədə informasiyalar bol olsa da qurumdaxili əmr və sərəncamlar haqda heç nə deyilmir. Təbii ki, belə sənədlərin reestri də yoxdur.

6. Dövlət büdcəsinin nazirliyə aid hissəsi barədə də heç bir bilgi yoxdur. Ümumiyyətlə nazirliyin maliyyə sahəsi ilə bağlı saytda hər hansı bilgi verilmir.

7. Qurum tərəfindən təklif edilən xidmətlərlə bağlı bilgilərin dolğunlaşdırılmasına ehtiyac var.

8. İşə qəbul qaydaları və boş iş yerləri barədə bilgilər də yetərli sayıla bilər. Ancaq işə qəbulu həyata keçirəcək mümkün komissiyalar, eləcə də işə qəbulun nəticələri barədə bilgi verilmir.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilər də yoxdur.

10. Vətəndaşların qəbulu ilə bağlı bilgilər yetərli sayıla bilərdi. Ancaq qəbuldan imtinanın əsasları və qəbulla bağlı mübahisələrin həlli barədə heç nə verilmir.

11. Tender və müsabiqələr haqqında bilgilər də tam sayıla bilməz. Xüsusən də tenderlər barədə heç bir bilgi yoxdur.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə informasiya da olmayanlar sırasındadır.

13. Bütün bunlarla bərabər saytın texniki imkanları yetərincə yüksək sayıla bilər.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV