Monday 23rd July 2018,

2009

Ξ Leave a comment

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az domen adlı İnternet saytının monitorinqinin nəticələri /İCMAL/

posted by

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az domen ünvanlı İnternet resursunun monitorinqinin nəticələri göstərir ki  sayt İnformasiya əldə edilməsi haqqında Qanuna əsasən bizim əsaslandığımız parametrlərin böyük əksəriyyəti bu saytda əks olunmayıb və bu baxımdan qiymətləndirmə cədvəlimiz sıfırlarlar zəngingir. Saytın texniki imkanlarını da yüksək dəyərləndirmək olmaz. Burada heç adi abunə imkanı da gözə dəymir. Ümumilikdə isə saytda müşahidə etdiklərimiz aşağıdakılardan ibarətdir:

1. Qurulduğu gündən bu günə qədər nazirliyə başçılıq edənlər barədə bilgi yoxdur. Yalnız hazırkı nazirin biografiyası verilib.

2. Saytda cəmi bir ümumi xarakterli e-poçt ünvanı verilib. Ayrı-ayrı struktur bölmələri, hətta mətbuat xidməti ilə əlaqə imkanları göstərilməyib.

3. Qurumun yerləşdiyi ünvan verilsə də onun sxemi göstərilməyib. Bundan başqa ora getmək üçün şəhərin müxtəlif istiqamətlərindən ictimai nəqliyyat barədə bilgi yoxdur.

4. Struktur bölmələrinin səlahiyyət çərçivələri və onların ünvanları barədə də bilgi yoxdur.

5. Nazirdən başqa heç bir vəzifəli şəxs barədə biografik bilgilər saytda yer almayıb.

6. Bundan əlavə struktur bölmələri ilə əks əlaqə imkanları da nəzərə çarpmır.

7. Qurumun cari fəaliyyəti barədə bilgiləri yetərli saymaq olsa da, onun daxili istifadə üçün nəzərdə tutulan əmr, sərəncam və bu kimi sənədləri barədə heç bir bilgi yoxdur.

8. Ümumi dövlət büdcəsinin sahəyə aid hissəsi barədə bölmə ümumiyyətlə yoxdur.

9. Nazirlik tərəfindən təklif edilən xidmətlər barədə də heç bir bilgi verilmir.

10. İşə qəbul qaydaları və bu istiqamət üzrə də hər hansı informasiya yoxdur.

11. Sahə işçilərinin əmək haqları ilə bağlı hər hansı informasiya da gözə dəymir.

12. Vətəndaşların qəbul qaydaları və qəbulu haqqında saytda heç bir bilgi verilmir.

13. Tender və hər cür müsabiqələrlə bağlı da saytda heç bir informasiya yoxdur.

14. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə heç nə deyilmir və hər hansı imkan da təklif edilmir.

15. Saytın texniki imkanlarına gəlincə isə demək lazımdır ki, bu da orta səviyyədən də aşağı qiymətləndirilə bilər.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV