Thursday 25th April 2024,

2009

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin www.customs.gov.az domen adlı İnternet saytının monitorinqinin nəticələri /İCMAL/

posted by

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin www.customs.gov.az domen ünvanlı İnternet resursu olduqca zəif təsir bağışlayır. Saytda ən adi informasiyalar belə gözə dəymir. Düzdür, gömrük rəsmiləşdirməsi və tariflərlə bağlı olduqca vacib informasiyalar var, ancaq digər və heç də az əhəmiyyət kəsb etməyən bilgilər yoxdur. Beləliklə, saytda gördüklərimizi aşağıda təqdim edirik:

1. Qurumun tarixi haqqında informasiya çatışmır. Ümumiyyətlə bu barədə heç nə yoxdur.

2. Qurulduğu gündən bu vaxtadək quruma rəhbərlik edənlər barədə də heç bir bilgi yoxdur. Hətta hazırkı rəhbərin biografiyası da verilməyib.

3. Quruma getmək üçün marşrut və həmçinin qurumun ünvanının sxemi verilməyib.

4. Struktur bölmələrinin səlahiyyət çətçivəsi barədə ayrıca bilgilər verilməyib.

5. Rəhbər işçilərin biografiyaları verilməyib. Bundan başqa ayrı-ayrı rəhbər şəxslərlə əks əlaqə üçün yalnız telefon nömrələri verilib. Halbuki burada onlayn forma da vermək olardı.

6. Qurumdaxili əmr, qərar və sərəncamlar barədə də heç nə deyilmir. Müvafiq olaraq belə sənədlərin reestri də nəzərə çarpmır.

7. Dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr haqqında da heç nə deyilmir.

8. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icra durumu haqqında da heç bir bilgi verilmir.

9. Qurum tərəfindən təklif edilən xidmətlər barədə bilgiləri bir qədər də tamamlamağa ehtiyac var.

10. İşə qəbul qaydaları və ümumiyyətlə işə qəbulla bağlı heç bir bilgi verilmir.

11. Sahə işçilərinin əmək haqları və onların formalaşması yolları barədə də heç bir bilgi yoxdur.

12. Vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul vaxtları haqqında heç bir bilgi yoxdur.

13. Tender və müsabiqələr barədə də heç bir bilgi yoxdur.

14. Eyni fikri qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də demək olar. Bununla bağlı heç bir bilgi verilmir.

15. Saytın texniki imkanlarına gəlincə isə onu əlavə edə bilərik ki , istifadəçilərin maraqlarına uyğun olaraq daha da təkmilləşdirilməsi  faydalı olardı.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV