Tuesday 19th March 2024,

2009

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.azstat.org domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.azstat.org domen ünvanlı İnternet resursuyla bağlı, əslində, tövsiyələr yazmamaq olardı. Ancaq nəzərə alsaq hazırda aparılan monitorinq bir qədər fərqli xarakterlidir, onda biz də aşağıda bəzi tövsiyələrimizi diqqətə çatdırmaq istərdik:

1. Qurulduğu gündən bu günə qədər quruma başçılıq edən şəxslər haqqında ayrıca bilgi verilməsinə ehtiyac var.

2. Ayrı-ayrı xidmət və altbölümlərin telefon və faks nömrələrini saytda əks etdirmək lazımdır.

3. Komitənin ünvanının sxemi və şəhərin müxtəlif istiqamətlərindən ora gəlmək üçün ictimai nəqliyyat vasitələri barədə bilgi vermək gərəklidir.

4. Qurumun strukturunun yalnız sxeminin verilməsi yetərli deyildir. Onun alt bölmələri və onların ünvanları barədə bilgilərə ehtiyac var.

5. Rəhbər işçilərin biografiyaları, onlarla əks əlaqə imkanları saytda öz yerinin tutmalıdır. Onu da qeyd edək ki, burada hətta komitə sədrinin özü haqqında belə bilgi yoxdur.

6. Qurumdaxili əmr və sərəncamlar barədə bilgilər nəzərə çarpmır.

7. Qurumun həyata keçirdiyi proqram və layihələr haqqında da heç bir söz deyilmir.

8. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi barədə heç bir bilginin olmaması da ciddi çatışmazlıqlar sırasındadır.

9. Komitə tərəfindən təklif edilən xidmətlər haqqında ciddi və dolğun bilgilərin saytda yerləşdirilməsinə ehtiyac var.

10. İşə qəbulla bağlı bölmədə də tamamlama işləri aparılmalıdır. Buraya mümkün komissiyalar barədə bilgi, işə qəbulun nəticələri, qəbulla bağlı mübahisələrin həlli yolları haqqında əlavə informasiya yerləşdirmək lazımdır.

11. Sahə işçilərinin əmək haqları ilə bağlı bilgilərin yoxluğunu da aradan qaldırmaq lazımdır.

12. Vətəndaşların qəbul qaydaları və qəbul günləri haqqında bilginin olmaması ciddi çatışmazlıqlar kimi dəyərləndirilə bilər.

13. Tender və müsabiqələr barədə heç bir bilginin olmaması, hər halda, yumşaq desək yaxşı hal deyil.

14. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilər də gözə dəymir.

15. Saytın texniki imkanlarına gəlincə demək lazımdır ki, bu sahə də özünün xüsusi imkanları ilə diqqəti cəlb etmir. Burada ən adi onlayn yazışma forması belə yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV