Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az domen ünvanlı İnternet saytı demək olar ki, yox kimi bir şeydir. Sayt ilk baxışdan zəif təsir bağışlamaqla bərabər ən adi bilgiləri belə özündə əks etdirmir.
Ümumi hesabla apardığımız monitorinq çərçivəsində diqqət yetirdiyimiz 13 bölmə üzrə 67 parametrdən yalnız 10 parametrə cavab verən sayt faktiki olaraq boş bir resurs hesab edilə bilər.
Özü də nəzərə almaq lazımdır ki, var hesab edilən 10 parametr üzrə informasiyalar da dolğun deyil və bəzən olduqca aşağı səviyyədədir. Ən adi informasiyaların belə saytda yerləşdirilməməsi təəccüb doğurmaya bilməz.
Misal üçün, qurumla əks əlaqə üçün heç bir telefon nömrəsinin verilməməsi, yaxud da nazirliyin ünvanının belə göstərilməməsi qəribə hal sayıla bilər.
Ümumi olaraq bu saytla bağlı gəldiyimiz qənaət budur ki, Kənd Təsərrüfatı Nazirliyinin İnternet resursu yox hesab edilə bilər və buna görə də onun her bir parametr üzrə geniş icmalını verməyi lüzumsuz hesab etdik.