Thursday 25th April 2024,

2009

Ξ Leave a comment

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının www.ntrc.gov.az domen adlı İnternet saytının monitorinqinin nəticələri /İCMAL/

posted by

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının www.ntrc.gov.az domen adlı İnternet resursu olduqca zəif sayt təsiri bağışlayır. Burada ən adi informasiyalar belə gözə dəymir. Düzdür, əvvəlki monitorinqlərlə müqayisədə bu dəfə saytın texniki cəhətdən bir qədər təkmilləşdirildiyini demək olar. Ancaq bu heç də o anlama gəlmir ki, sayt dolğun və standartlara cavab verəcək haldadır. Beləliklə, MTRŞ-nin saytında gördüklərimiz:

1. Qurumun özü ilə bağlı informasiyalar yetərli və dolğun sayıla biləcək həddədir.

2. Ziyarətçilərin əlaqə saxlaması üçün imkanlar təklif edilir. Yalnız qurumun ünvanının marşrut və sxemi, həmçinin bura gəlmək üçün ictimai nəqliyyat vasitələri haqqında bilgi yoxdur.

3. Struktur bölmələrinin rəhbərləri, onların ünvanları və səlahiyyət çərçivələri barədə bilgi verilmir.

4. Qurumun rəhbəri ilə birbaşa əks əlaqə imkanı təklif edilmir. Bundan başqa struktur bölmələrinin rəhbərləri barədə də hər hansı bilgi yoxdur.

5. Qurumun cari fəaliyyətini əks etdirən bölümdə qurumdaxili əmr və sərəncamlar, həmçinin həyata keçirilən proqram və layihələr barədə bilgi verilmir.

6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsinin ayrıntıları barədə saytda heç nə deyilmir.

7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə də hər hansı bilgi təklif edilmir.

8. İşə qəbul qaydaları və boş iş yerləri barədə heç bir bilgi nəzərə çarpmır.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilər də çatışmayanlar arasındadır.

10. Vətəndaşların qəbul qaydaları, qəbul günləri və saatları barədə hər hansı bilginin verilməməsi saytın ciddi qüsurları sırasındadır.

11. Tender və müsabiqələr haqqında heç bir bilginin olmaması da bu qəbildəndir.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında olacaq bölüm ümumiyyətlə yoxdur.

13. Texniki imkanlara gəlincə deməliyik ki, burada əks əlaqə üçün onlayn forma və abunə yazılışı çatışmır. Abunə yazılışı təklif edilir, ancaq işləmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV