Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun www.sspf.gov.az domen ünvanlı İnternet resursu bəzi göstəricilərinə görə irəli yerlərə layiq sayıla bilər. Burada bir sıra bilgilərin, xüsusən də qurumun illik büdcəsinin əks olunması onun müsbət tərəflərindəndir. Əlbəttə ki, saytda çatışmazlıqlar da az deyil. Bununla belə onun təkmilləşdirilib daha uyğun hala gətirilməsi imkanı var. Ümumilikdə isə saytda aşağıdakı durumu müşahidə etmək olar:
1. Qurumun özü ilə bağlı informasiya bölməsi dolğun sayıla bilər. Burada yalnız ona daha öncə başçılıq etmiş şəxslərin adları yer almayıb.
2. Ziyarətçilərin fondla əks əlaqəsi üçün imkanlar təklif edilir. Ancaq qurumun ünvanının marşrut və sxemi, həmçinin bura gəlmək üçün ictimai nəqliyyat vasitələri barədə bilgi yoxdur.
3. Qurumun strukturu barədə də yetərincə bilgi verilir. Ancaq struktur bölmələrinin səlahiyyət çərçivələri barədə heç nə deyilmir.
4. Rəhbər və rəhbər işçilər barədə biografik bilgilər, onlarla əks əlaqə imkanları təklif edilir.
5. Qurumun cari fəaliyyəti barədə bilgiləri də yetərli saymaq olar.
6. Qurumun illik büdcəsi haqqında bilgi verilməsi ən diqqətəlayiq hallardandır. Bununla belə büdcənin icra durumu və ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi də burada yer almalıdır.
7. Fond tərəfindən təklif edilən xidmətlər bölümündə daha ayrıntılı daha geniş bilgi vermək olardı.
8. Sahə işçilərinin əmək haqları ilə bağlı saytda heç bir bilgi yoxdur.
9. İşə qəbul qaydaları və boş iş yerləri haqqında hər hansı bilgiyə rast gəlmək olmur.
10. Vətəndaşların qəbulu ilə bağlı qaydalar və qəbuldan imtinanın əsasları haqqında bilgi verilmir.
11. Tender və müsabiqələrlə bağlı hissədə heç bir bilgi yoxdur.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da hər hansı bilgi verilmir.
13. Saytın texniki imkanları zəif hesab edilə bilməz. Bununla belə burada abunə imkanı təklif edilmir.