Thursday 28th March 2024,

2009

Ξ Leave a comment

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın www.dqmk.az domen ünvanlı İnternet saytının monitorinqinin nəticələri/ICMAL/

posted by

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın www.dqmk.az domen ünvanlı İnternet resursu xeyli informasiya yükü daşıması baxımından yaxşı mənada fərqli təsir bağışlayır. Burada başqa İnternet resurslarında rast gəlmədiyimiz və şəffaflığın təmini baxımından olduqca gərəkli sayıla biləcək bilgilərin yer alması, əlbəttə ki, sevindiricidir. Bununla belə onu da qeyd etmək lazımdır ki, sayt heç də yüzdə yüz tələblərə cavab verəcək həddə deyil. Beləliklə, komissiyanın saytında müşahidə etdiklərimiz:

1. Qurumun özü ilə bağlı bilgilər demək olar ki, tam və dolğundur.

2. Ziyarətçilərin əks əlaqəsi üçün bütün imkanlar təklif edilir. Yalnız quruma gəlmək üçün ictimai nəqliyyat imkanları haqqında bilgi verilmir.

3. Qurumun strukturu ilə bağlı da yetərincə bilgi var. Çatışmayan struktur bölmələrinin ünvanlarıdır.

4. Rəhbər və rəhbər işçilər barədə biografik bilgilər verilir. Əks əlaqə də yetərli sayıla bilər.

5. Qurumun cari fəaliyyəti saytda yetərincə əhatə olunur. Burada çatışmayan həyata keçirilən plan və proqramlar haqqında bilgi, eyni zamanda qurumdaxili əmr və sərəncamların reyestridir.

6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsinin ayrıntıları barədə bilgilər yetərli sayıla biləcək həddə deyil.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilər də yetərli səviyyədə deyil.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər saytda gözə dəymir.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgi verilmir.

10. Vətəndaşların qəbul qaydaları və qəbul vaxtları barədə bilgilər verilmir.

11. Tender və yarışmalar barədə bilgilər tam deyil.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında heç bir bilgi verilmir.

13. Saytın texniki imkanları standartlara cavab verə biləcək hesab edilə bilər.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV