Friday 19th April 2024,

2009

Ξ Leave a comment

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunları /İCMAL/

posted by

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az domen ünvanlı İnternet resursunda sahə ilə bağlı fövqəladə əhəmiyyətli informasiyalar yetərincədir. Bununla belə saytda başqa vacib informasiyaların çatışmadığı da gözdən qaçmır. Ümumi mənzərə elədir ki, ilk baxışdan saytın dolğun və zəngin olması barədə rəy yaranır. Ancaq ayrıntılı ziyarət sırasında bu zənginliyin elə də çox olmadığı aşkar olunur. Beləliklə, nazirliyin saytında gördüklərimiz:

1. Qurumun özü ilə bağlı informasiyalar demək olar ki, yetərincədir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün ünvan və telefon tez nəzərə çarpan şəkildə təqdim edilir. Ancaq nəyə görəsə saytda e-poçt ünvanları baxımından qıtlıqdır.

3. Qurumun ünvanının marşrut və sxemi verilmir. Üstəlik bura gəlmək üçün ictimai nəqliyyat imkanları haqqında bilgi yoxdur.

4. Qurumun strukturu, demək olar ki, tam əhatə olunub.

5. Rəhbərlər haqqında verilən biografik bilgilər yetərli deyil. Struktur bölmələri rəhbərləri haqqında isə ümumiyyətlə biografik bilgi verilmir.

6. Qurumun cari fəaliyyəti yaxşı əhatə olunub. Çatışmayan qurumdaxili əmr və sərəncamlar haqqında bilgidir.

7. Qurumun həyata keçirdiyi proqram və layihələr barədə də heç nə deyilmir.

8. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsinin ayrıntıları verilmir.

9. Qurumun təklif etdiyi xidmətlər bölməsində də gözə dəyən bir şey yoxdur.

10. İşə qəbulla bağlı hər hansı bilgi verilmir.

11. Eyni hal sahə işçilərinin əmək haqları bölməsinə də aiddir.

12. Vətəndaşların qəbulu ilə bağlı norma və qaydalar verilməsə də qəbul günləri və qəbula yazılmaq üçün telefon nömrələri təklif edilir.

13. Tender və müsabiqələr barədə heç bir bilgi yoxdur.

14. Qurumun norma- (qanun)yaratma fəaliyyəti də saytda əks olunmur.

15. Saytın texniki imkanları demək olar ki, yetərli sayıla bilər. Burada yalnız abunə imkanının təklif edilməməsi qüsur sayıla bilər.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV