Friday 19th April 2024,

2009

Ξ Leave a comment

Azərbaycan Respublikası Təhsil Nazirliyinin www.edu.gov.az domen adlı İnternet saytının monitorinqinin nəticələri /İCMAL/

posted by

Azərbaycan Respublikası Təhsil Nazirliyinin www.edu.gov.az domen adlı İnternet resursu özünün tələb olunması baxımından olduqca vacib resurslardan biridir. Bir çox hallarda isə birincisidir. Sayt əvvəlki illərdə xeyli kasad idi. Bir çox informasiyalar çatışmırdı. Hazırkı məqamda isə hiss olunur ki, sayt üzərində köklü dəyişiklik işləri aparılıb. Xüsusən xəbər xidmətindəki operativlik və dolğunluq bu sahəyə məsul şəxs(lər)in işinə tam məsuliyyətlə yanaşmasından xəbər verir. Bütün bunlarla bərabər saytda çatışmayan bilgilər də az deyil. Beləliklə, nazirliyin saytındakı ümumi mənzərə aşağıdakı kimidir:

1. Nazirliyin özü haqqında bilgilər tam və dolğundur. Burada hətta 1918-ci ildən günümüzə qədər olan dövrdə nazirliyə başçılıq etmiş şəxslər haqqında da bilgi verilir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün bu saytda daha artıq imkanlar təklif edilir. Xüsusən telefon nömrələri və e-poçt ünvanları da göstərilməklə ayrı-ayrı vəzifəli şəxslər barədə soraqça başqaları üçün nümunə ola bilər. Ancaq nazirliyin ünvanının marşrut və sxemi haqqında bilgi yoxdur.

3. Qurumun strukturu da, demək olar ki, yetərincə yaxşı təqdim edilir. Bu hissədə çatışmayan struktur bölmələrinin dəqiq ünvanları və səlahiyyət çərçivələri haqqında bilgidir.

4. Qurumun rəhbəri haqqında biografik bilgilər verilib. Ancaq onun müavinləri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri barədə bunu demək olmaz. Əks əlaqə imkanları da yaxşı durumdadır. Yalnız onlayn yazışma forması çatışmır.

5. Qurumun cari fəaliyyəti yaxşı işıqlandırılır. Burada çatışmayan qurumdaxili əmr və sərəncamların reyestridir.

6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun quruma aid hissəsi saytda əks olunmur.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgi var. Ancaq onların sistemli və daha asan əldə edilən olduğunu demək olmaz.

8. Boş iş yerləri və işə qəbul qaydaları haqqında heç bir bilgi verilmir.

9. Sahə işçilərinin əmək haqları haqqında müəyyən bilgi verilsə də bunu rəhbərliyə aid etmək olmaz.

10. Vətəndaşların qəbul günləri və saatları da göstərilib. Burada çatışmayan qəbul qaydaları və qəbuldan imtinanın əsaslarıdır.

11. Tender və müsabiqələrin keçirilməsi ilə bağlı elanlar və onların arxivi verilib. Ancaq burada da ayrıntılar nəzərə çarpmır.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında heç bir bilgi yoxdur.

13. Saytın texniki imkanları heç bir sual doğurmasa da burada abunə və onlayn yazışma formasının işləməməsi, əlbəttə ki, diqqətdən qaçmır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV