Azərbaycan Respublikası Bərdə Şəhər Bələdiyyəsinin berde.belediyye.az domen adlı İnternet resursu, göründüyü kimi, elə qurulduğu zaman necə idisə eləcə də qalıb. Yəni saytda ən son xəbər 27 may 2007-ci ilə aiddir. Bu isə o deməkdir ki, sayt həmin dövrdən sonra yenilənmir. Təbii ki, bu, heç də ürəkaçan hal sayıla bilməz. Saytda ümumi mənzərə isə aşağıdakı kimidir:
1. Qurumun özü haqqında bilgilər bir bələdiyyə saytı üçün yetərli sayıla biləcək həddədir.
2. Ziyarətçilərin əks əlaqəsi üçün ümumi imkanlar yetərincədir. Ancaq qurumun ünvanının marşrut və sxemi, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgi verilməyib.
3. Qurumun strukturu sxem şəklində təqdim edilmir. Ancaq onun tərkibindəki komissiyalar barədə bilgi verilib.
4. Rəhbər və bələdiyyə üzvləri barədə biografik bilgilər, həmçinin yetərli sayıla biləcək əks əlaqə imkanları təqdim edilib.
5. Qurumun cari fəaliyyəti barədə bilgilər çox köhnədir. Ən sonuncu xəbər 27 may 2009-cu il tarixinə aiddir.
6. Qurumun büdcəsi barədə heç bir bilgi yoxdur.
7. Qurumun təklif etdiyi xidmətlər barədə də eyni hal mövcuddur.
8. Boş iş yerləri və işə qəbul qaydaları barədə heç nə deyilmir.
9. Sahə işçilərinin əmək haqları saytda əks olunmayıb.
10. Vətəndaşların qəbul qaydaları və qəbul vaxtları haqqında saytda heç bir bilgi yoxdur.
11. Qurumun keçirdiyi tender və müsabiqələr haqqında da heç nə deyilmir.
12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti saytda əks olunmur.
13. Saytın texniki imkanları yaxşı olsa da burada abunə təklifi çatışmır.