Thursday 28th March 2024,

2009

Ξ Leave a comment

Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin www.tender.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin www.tender.gov.az domen ünvanlı İnternet resursu, icmalda da qeyd etdiyimiz kimi, zəngin bir resursa bənzəmir. Saytda bir çox bilgilər çatışmır. Təqdim olunan bilgilər isə bəzən çox cüzi, və ya yarımçıqdır. Bununla belə saytın təkmilləşdirilmə imkanları da yox deyil. Onu nəzərə alaraq resursun təkmilləşdirilməsi ilə bağlı aşağıda bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurumun özü haqqında bilgilər sırasına ona daha öncə başçılıq etmiş şəxslər barədə də bilgi əlavə etməyə gərək var.

2. Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından qurumun marşrut və sxemi barədə də bilgi verilməsi yaxşı olardı. Üstəlik, telefon və faks nömrələri, e-poçt ünvanları baxımından da saytı zənginləşdirmək lazımdır.

3. Qurumun strukturu haqqında bilgiləri bir qədər də zəngin şəkildə təqdim etməyə gərək var. Ondan başqa struktur bölmələrinin səlahiyyət çərçivələri və dəqiq ünvanları haqqında da bilgi verilməlidir.

4. Əsas rəhbər də daxil olmaqla rəhbər işçilər haqqında biografik bilgiləri sayta əlavə etmək lazımdır. Buraya onlarla birbaşa əks əlaqə imkanları da əlavə edilməlidir.

5. Qurumun cari fəaliyyətini geniş və operativ şəkildə işıqlandırmaq lazımdır. Əlavə olaraq qurumun icra etdiyi proqram və layihələr barədə də bilgi verilməlidir.

6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun dövlət qurumuna aid hissəsinin ayrıntıları haqqında daha geniş bilgi verilməlidir. Əlavə olaraq büdcənin icra durumu, dəyişikliklər barədə də bilgi vermək lazımdır.

7. Qurum tərəfindən təklif edilən xidmətlər barədə daha geniş bilgi verilməlidir.

8. Boş iş yerləri və işə qəbul qaydaları haqqında da bilgi vermək lazımdır.

9. Sahə işçilərinin əmək haqları ilə bağlı durum haqqında da eyni fikri demək olar.

10. Vətəndaşların qəbulu ilə bağlı bilgiləri daha ayrıntılı şəkildə təqdim etmək lazımdır.

11. Saytda qurumun özünə aid olan tender bilgilərini ayrıca təqdim etmək lazımdır.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də bilgi vermək lazımdır.

13. Saytın texniki imkanları sırasına abunə və onlayn yazışma forması da əlavə edilməlidir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV