Friday 19th April 2024,

2010

Ξ Leave a comment

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin www.mfa.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkminləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin www.mfa.gov.az domen ünvanlı İnternet resursunun monitorinqinin sonucları onu deməyə əsas verir ki, bu sayt arzu olunandan qat-qat aşağı səviyyədə təşkil edilib. Bununla belə saytı tam yararsız da hesab etmək olmaz. O baxımdan resursun təkmilləşdirilməsi üçün aşağıda bloklar üzrə tövsiyələrimizi diqqətə çatdırırıq.

1. Qurumun özü haqqında bilgilər tam və dolğun hesab edildiyinə görə hər hansı tövsiyə irəli sürməyə gərək duyulmur.
2. Ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirmək baxımından qurumun marşrut və sxemi barədə də bilgi verilməsi yaxşı olardı. Üstəlik, telefon və faks nömrələri, e-poçt ünvanları baxımından da saytı zənginləşməsinə ehtiyac var.

3. Qurumun struktur sxemini, eyni zamanda struktur bölmələri ilə əlaqə imkanları, struktur bölmələrinin başçıları haqqında minimum bilgilərin burda yer alması yaxşı olardı.

4. Burada struktur bölmələrinin rəhbərləri haqqında biografik bilgiləri, eyni zamanda nazir və onun müavinləri ilə birbaşa əks əlaqə imkanlarını əlavə etmək gərəkdir.

5. Nazirlik bir dövlət qurumu olaraq gündəlik fəaliyyət göstərdiyindən onun gündəlik informasiya istehsalı da gözlənəndir və belə informasiyaların saytda yer alması yaxşı olardı.

6. Ümumi dövlət büdcəsinin rəqəmlə ifadəsi və onun dövlət qurumuna aid hissəsinin ayrıntıları haqqında daha geniş bilgi verilməlidir. Əlavə olaraq büdcənin icra durumu, dəyişikliklər barədə də bilgi vermək lazımlı hesab olunur.

7. Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası üzrə bilgilərin saytda yerləşdirilməsi yaxşı olardı.

8. Qurum tərəfindən təklif edilən həm pulsuz, həm də pullu xidmətlər barədə bilgilərin yer alması lazımlıdır.

9. İşə qəbulla bağlı başqa gərəkli bilgilər, boş iş yerləri, işə qəbulun yekunları haqqında bilgi verilməsi yaxşı olardı.

10. Rəhbər işçilərin əmək haqları barədə bilgilər göstərilsə yaxşı olardı.

11. Hər bir vəzifəli şəxsin qəbul günləri və saatları haqqında ayrıntılı bilgi yer almalı, həm də qəbuldan imtinanın əsasları, yaxud da bu yöndə ortaya çıxan mübahisələrin həlli qaydaları göstərilməlidir.

12. Saytda qurumun özünə aid olan tender bilgilərini ayrıca təqdim edilməsi lazımlıdır.

13. Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə də bilgi vermək lazımdır.

14. Saytın texniki imkanları sırasına abunə və onlayn müraciət imkanları da əlavə edilməlidir.

Bloklarda yer almayan daha bir məsələ ilə bağlı da tövsiyə edərdik ki, nazirliyin www.xin.gov.az domen ünvanı da yaradılsın.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV