Thursday 28th March 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin www.arxkom.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin www.arxkom.gov.az domen adlı İnternet resursu xüsusi olaraq seçilmir. Həm də saytda elə bir çeviklik də gözə dəymir. Düzdür, sayt öz praktikliyi ilə müəyyən qədər diqqəti cəlb edir. Ancaq bu heç də ondan xəbər vermir ki, onun tərkibi zəngindir. Saytda bir çox gərəkli bilgilər ümumiyyətlə yoxdur. Olanlar isə yetərli sayıla biləcək qədər deyil. Resursun ümumi mənzərəsi aşağıda təsvir etdiyimiz kimidir.

1. Qurumun özü haqqında bilgilər yetərli sayıla biləcək həddədir. Ancaq Qurumun rəhbərləri barədə nəinki yetərli, heç ən az həddə də bilgi təqdim edilmir.

2. Qurumun yerləşdiyi ünvan haqqında bilgilər dolğundur. Yalnız ümumi xarakterli telefon və faks nömrələri, e-poçt ünvanları haqqında bunu demək olmaz. Həmçinin qurumun yerləşdiyi ünvanın marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat vasitələri barədə bilginin yoxluğu da qeyd edilməlidir.

3. Qurumun strukturu haqqında alt bölmələr və regional qollar bəndi üzrə bilgilər tamdır. Struktur bölmələri rəhbərlərinin adları və telefon nömrələri verilib. Ancaq e-poçt ünvanları və strukturun sxemi yoxdur. Eyni zamanda struktur bölmələrinin səlahiyyət çərçivələri və ünvanları haqqında bilgi verilmir.

4. Əsas rəhbər və müavinlərinin, həmçinin struktur bölmələri rəhbərlərinin bioqrafik bilgiləri təqdim edilmir. Qurumun rəhbəri ilə əks əlaqə üçün ümumi əlaqə imkanlarından, struktur bölmələrinin rəhbərləri ilə isə onların telefon nömrələri vasitəsilə əlaqə yaratmaq olar. Qurumla ümumi əlaqə üçün telefon, faks nömrələri və e-poçt ünvanları da verilib.

5. Qurumun cari fəaliyyəti haqqında bilgilərdə çeviklik yoxdur. Ümumiyyətlə, bu bənd üzrə bilgilər çox kasaddır. Ancaq quruma aid başqa hər cür bilgilər yetərli sayıla bilər. Bununla belə, qurumdaxili əmr və qərarlar, onların reyestri, həmçinin qurumun icra etdiyi proqram və layihələr haqqında bilgi də təqdim edilmir.

6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi yoxdur.

7. Qurumun təklif etməli olduğu xidmətlər haqqında bilgi verilir. Ancaq xidmətlərdən istifadə üsulları, pullu xidmətlər və onların qiymətlərinin müəyyənləşdirilmə yolları haqqında bilgi verilmir.

8. Boş iş yerləri və işə qəbulla bağlı informasiyalardan yalnız boş iş yerləri haqqında bir elandan ibarət informasiya təqdim edilir.

9. Sahə işçilərinin əmək haqları üzrə heç bir bilgi yoxdur.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) ilə bağlı ayrı-ayrı vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgi verilir. Qəbul qaydaları, qəbuldan imtinanın əsasları, qəbulla bağlı mübahisələrin həlli yolları haqqında isə bilgi tədim edilmir.

11. Tender və yarışmalar haqqında hər hansı bilgi verilmir.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da hər hansı bilgi verilmir.

13. Saytın texniki imkanları yüksək dəyərləndirilməsə də praktik hesab edilə bilər. Burada ümumi xarakterli onlayn müraciət forması da var. Ancaq abunə imkanı təklif edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV