Friday 29th March 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin www.customs.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkminləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin www.customs.gov.az domen adlı İnternet saytı, icmalda da qeyd etdiyimiz kimi, ən yüksək e-texnoloji imkanlara malikdir. Ancaq saytda bəzi bölmələr üzrə bilgi çatışmazlığı ciddi şəkildə nəzərə çarpır. Yəni saytın texniki imkanlar baxımından deyil, dolğunluq baxımından təkmilləşdirilməsinə gərək var. Elə bunu da nəzərə alaraq aşağıda bəzi tövsiyələrimizi diqqətə çatdırırıq.

1. Qurum haqqında bilgilər sırasına ona daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərin əlavə edilməsi gərəklidir.

2. Ziyarətçilərin əks əlaqəsinin mükəmməlləşdirilməsi üçün qurumun ünvanının marşrut və sxemi, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi təqdim edilməsinə ehtiyac var.

3. Qurumun alt bölmələri və regional qolları haqqında da bilgi təqdim edilməsi gərəklidir. Digər gərəkli bilgi isə struktur bölmələrinin ünvanları və onların səlahiyyət çərçivələridir.

4. Rəhbər, rəhbər işçilər və onlarla əks əlaqə ilə bağlı lazım olan bütün bilgilər təqdim edildiyi üçün hər hansı tövsiyyəyə ehtiyac yoxdur.

5. Qurumun cari fəaliyyətinə qurumdaxili əmr və sərəncamlar, bu cür aktların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr haqqında bilgilər də əlavə edilməlidir.

6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında ayrıntılı bilgilər təqdim edilsin.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqındakı bilgilər mükəmməl olduğundan heç bir tövsiyyəyə ehtiyac yoxdur.

8. İşə qəbul haqqında elanlar, elanların arxivi, boş iş yerləri haqqında, işə qəbul komissiyaları, mübahisələrin həlli yolları barədə də bilgi verilməsi tövsiyə olunur.

9. Sahə işçilərinin əmək haqları barədə bilgi verilməsi yaxşı olardı.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında ayrıntılı bilgilərin təqdim edilməsinə gərək var.

11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi faydalı olardı.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyətinin işıqlandırılması gərəklidir.

13. Saytın texniki imkanları ən yüksək səviyyədə olduğundan heç bir tövsiyəyə gərək yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV