Friday 29th March 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin www.azstand.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin www.azstand.gov.az domen adlı İnternet resursu özünün görüntü və funksionallığı baxımından müsbət xarakterizə edilə bilər. Saytın istifadəsi rahatdır. Üstəlik sahəyə aid gərəkli informasiyalar yetərincədir. Ancaq bu heç də o demək deyil ki, sayt tam olaraq mükəmməl dəyərləndirilə bilər. Saytda əlbəttə ki, xeyli informasiya çatışmazlığı da var. Ümumi mənzərə isə aşağıdakı kimidir.

1. Qurum haqqında bilgilər demək olar ki, tamdır. Yalnız çatışmayan quruma indiki rəhbərə qədər başçılıq etmiş şəxslər haqqında bilgidir. Hazırkı sədrin isə bioqrafik bilgiləri tam və əhatəli şəkildə təqdim edilib.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, bir adi və bir qaynar xətt telefon və faks nömrəsi, e-poçt ünvanından başqa heç bir vasitə göstərilməyib. Qurumun ünvanının marşrut və sxemi, həmçinin ora gəlmək üçün ictimai nəqliyyat haqqında bilgi də təqdim edilmir.

3. Qurumun struktur vahidləri haqqında bilgi verilsə də onun sxemi yoxdur. Struktur bölmələrinin rəhbərlərinin adları və bioqrafiyaları verilir. Ancaq onların ünvanları və əlaqə vasitələri haqqında bilgi yoxdur. Həm də səlahiyyət çərçivələri haqqında heç bir məlumat təqdim edilmir.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilərə tam demək olardı. Yalnız müavinlər haqqında belə bilgilərin olmaması bunun qarşısını alır. Həm də rəhbərlə əks əlaqə imkanları haqqında heç bir bilgi verilmir. Həmçinin ayrı-ayrı rəhbər şəxslərlə əlaqə üçün imkanlar da təqdim edilmir.

5. Cari informasiyalar məsələsində sayt normal hesab edilə bilər. Mətbuat üçün açıqlamalar, hər cür başqa cari informasiya təqdim edilir. Yalnız qurumdaxili əmr və sərəncamlar, onların reyestri və qurumun icra etdiyi proqram və layihələr haqqında bilgi verilmir.

6. Ümumi dövlət büdcəsi ilə bağlı hər hansı bilgi yoxdur.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgi və onlardan istifadə üsulları təqdim edilir. Yalnız əlavə pullu xidmətlər və onlardan istifadə üsulları haqqında bilgi yoxdur.

8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər çox kasaddır. Burada yalnız boş iş yerləri haqqında elanlar öz əksini tapıb.

9. Sahə işçilərinin əmək haqları barədə bilgi verilmir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında hər hansı bilgi verilmir.

11. Təəssüf ki, tender və yarışmalar haqqında da hər hansı bilgi verilmir.

12. daha bir boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

13. Saytın texniki imkanları yetərli sayıla biləcək həddədir. Ancaq təhlükəli məhsulla bağlı onlayn müraciət forması təqdim edilir. Abunə imkanı isə təklif edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV