Thursday 28th March 2024,

2011

Ξ Leave a comment

AzərTAc – Azərbaycan Dövlət Teleqraf Agentliyinin www.azertag.com domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

AzərTAc – Azərbaycan Dövlət Teleqraf Agentliyinin www.azertag.com domen adlı İnternet saytı heç də ondan gözləniləcək durumda deyil. Məsul olduğu sahəylə bağlı fəaliyyətləri yetərincə çevik və dolğun olduğu halda qurumun özü barədə demək olar ki, heç bir bilgi verilmir. Cəmi bir neçə bölmədə qurumla bağlı bilgilər təqdim edilir. Müşahidə etdiyimiz 13 bölmədən 4-ü üzrə bilgilər təqdim edilir ki, onların da heç də hamısı tam deyil. Bununla belə saytın texniki imkanlarını nəzərə alaraq onun təkmilləşdirilməsini mümkün hesab edirik. Elə ona görə də aşağıda bəzi tövsiyələrimizi təqdim edirik.

1. Qurum haqqında bilgilər bölməsində onun rəhbərləri, səlahiyyət çərçivələri, qanunverici bazası, hakimiyyət qolunda yeri barədə də bilgilərin təqdim edilməsi gərəklidir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanının marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgi verilməsi zəruridir.

3. Qurumun strukturunun sxemini, alt bölmələrinin ünvanları və səlahiyyət çərçivələri, əks əlaqə imkanları barədə bilgi verilməsi gərəkdir.

4. Qurumun rəhbəri və digər rəhbər işçiləri haqqında bioqrafik bilgilər, onlarla əks əlaqə imkanları haqqında bilgilərin əks etdirilməsi faydalı olardı.

5. Qurumunun cari fəaliyyəti haqqında informasiyalar çevik şəkildə əks etdirilməlidir. Həmçinin qurumdaxili əmr və sərəncamlar haqqında bilgilər, onların reyestri və qurumun icra etdiyi proqram və layihələr haqqında bilgilər də təqdim edilməsi gərəklidir.

6. Büdcə ilə bağlı məsələlər haqqında informasiyaların saytda yer alması tövsiyə edilir.

7. Qurumun təklif etdiyi pullu xidmətlər və onlardan istifadə üsulları barədə də bilgilərin təqdim edilməsi faydalı olardı.

8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilər isə təqdim edilməsi gərəkli olan informasiyalar sırasındadır.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi yaxşı olardı.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında informasiyaların ətraflı şəkildə təqdim edilməsi, həmçinin qəbul qaydaları, qəbuldan imtinanın əsasları, mübahisələrin həlli yolları haqqında bilgilərin də əks etdirilməsi tövsiyə olunur.

11. Yaxşı olardı ki, tender və yarışmalar haqqında bilgilər saytda əks olunsun.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyətinin işıqlandırılması tövsiyələr sırasındadır.

13. Saytın texniki imkanları sırasına e-poçtla abunə də əlavə edilməlidir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV