Friday 19th April 2024,

Sual-cavab

Ξ Leave a comment

Dövlət qurumları və neft şirkətlərinin İnternet saytlarının monitoringinin aparılması və qiymətləndirilməsi zamanı rəhbər tutulan prinsiplər

posted by

 

Artıq iki aydır ki, Multimedia Mərkəzinin «Dövlət qurumları və neft şirkətlərinin İnternet saytlarının monitoringi»-nə həsr edilmiş layihəsi həyata keçirilir. Bu layihənin ciddi əks-səda doğuracağı gözlənilirdi və mayın 17-də ilk Reytinq Cədvəli açıqlanarkən gümanımızda yanılmadığımız aydın oldu. Həm də bu Reytinq Cədvəli bir sıra cavablandırılası haqlı suallar doğurdu. Məsələn, Cədvələ adı düşməyən dövlət qurumlarından zəng edib niyə bunun belə olduğunu, yaxud da aşağı bal toplamış qurumların təmsilçilərinin nəzakətli narazılıq ifadə etməsini buraya aid etmək olar. Beləliklə layihənin bəlli bir mərhələsində daha aydın təsəvvür yaratmaq üçün bir sıra suallara cavab verməli olduq. Nəzərə alaraq ki, informasiya.org saytının ziyarətçilərini də müxtəlif suallar düşündürə bilər, biz onların istəklərini təmin etmək üçün bəzi məsələlərə aydınlıq gətiririk.

Beləliklə, saytımızın sual-cavab hissəsinə xoş gəldiniz.

 

Sual: Monitorinq  hansı dövrü əhatə edir?

Cavab: Qeyd olunan Layihə çərçivəsində Monitorinq 01 aprel – 30 Dekabr 2006-cı il arasındakı dövrü əhatə edir. Bununla belə Multimedia Mərkəzi Layihə başa çatdıqdan sonra da Monitorinqi davam etdirməyi nəzərdə tutub.

 

Sual: Layihənin əsas məqsədi nədir?

Cavab: Layihənin əsas məqsədi dövlət qurumları və neft şirkətlərinin informasiya açıqlığını və şəffaflığını təmin etmək məqsədilə «İnformasiya əldə etmək haqqında» qanuna nə qədər əməl edib-etməmələrini ictimai nəzarətdə saxlamaqdır.

 

Sual: Layihə çərçivəsində hansı dövlət qurumlarının və neft şirkətlərinin İnternet saytlarının monitoringi aparılacaq?

Cavab: Bütün nazirlik və dövlət komitələrinin, üst qat məhkəmə qurumlarının, qanunverici organın və əsasən Mədən sənayesində şəffaflıq təşəbbüsünə qoşulan neft şirkətlərinin İnternet resursları monitoring ediləcəkdir.

 

Sual: İnternet saytlarının qurulması üçün vahid standartlar mövcuddurmu?

Cavab: Hələlik bu sahədə vahid dövlət standartları mövcud deyil. Hazırda Vətəndaş cəmiyyəti subyektlərinin də iştirakı ilə RİTN-də belə bir sənədin hazırlanması istiqamətində müzakirələr aparılır.

 

Sual: Standartlar yoxdursa nəyin əsasında monitoring aparırsınız?

Cavab: Standartlar olmasa da beynəlxalq səviyyədə İnternet saytlarının forma və məzmununu ehtiva edən və hamı tərəfindən qəbul edilən qaydalar var ki, monitoring zamanı onlardan istifadə edilir. Həmçinin dövlət orqanlarının İnternet resursları ilə bağlı «İnformasiya əldə etmək haqqında» qanunda da müəyyən müddəalar nəzərdə tutulub.

 

Sual: Monitoringini apardığınız saytlara qiymət verərkən əsasən hansı amillərə diqqət yetirirsiniz?

Cavab: Saytların monitoringi zamanı onlara girişin asanlığını, mənsub olduğu qurum haqqında yetərli bilgilərin olmasını, əks əlaqə, axtarış və arxiv imkanlarının səviyyəsini, vəifəli şəxslər barədə dolğun informasiyanın əks olunmasını, işə qəbul və tenderlər (yarışmalar) haqqında bilgiləri, öz sahəsinə aid qanunvericiliyi ehtiva etməsini, «İnformasiya əldə etmək haqqında» qanunda nəzərdə tutulanların( Maddə 29.1) açıqlanmasını nəzərə alırıq.

 

Sual: Saytlar hansı ardıcıllıqla monitoring edilir?

Cavab: Prezident, Nazirlər Kabineti və Milli Məclisin saytlarından başqa yerdə qalanlar təsadüfi ardıcıllıqla seçilib monitoring edilir.

 

Sual: Reyting Cədvəlində bir sıra dövlət qurumlarının və neft şirkətlərinin adlarının olmaması nə ilə bağlıdır?

Cavab: Əgər siz hansısa qurumun adını Cədvəldə görmürsünüzsə, deməli cədvəl tərtib edilənədək həmin qurumun saytı monitoring edilməyib. Bu isə o deməkdir ki, həmin qurumun adı növbəti Reyting cədvəlində yer alacaq.

 

Sual: Mən sizin cədvəldə bir dövlət qurumu haqqında informasiyanın sıfır balla qiymətləndirildiyini gördüm. Ancaq saytı ziyarət edərkən orada yetərincə məlumata rast gəldim. Bu, nə ilə bağlıdır?

Cavab: İş ondadır ki, saytlara verilən qiymət onların monitoringi aparılan gün üçün doğrudur. Əgər siz bizim verdiyimiz qiymətdən fərqli nəticə ilə qarşılaşmısınızsa, deməli, monitoringdən sonra saytdakı çatışmazlıq aradan qaldırılıb.

 

Sual: Biz ayrı-ayrı saytlarla bağlı monitoringin nə vaxt aparıldığını necə müəyyən edə bilərik?

Cavab: Bunu müəyyən etmək üçün sadəcə həmin saytın monitoringinin nəticələrini ehtiva edən səhifəni ziyarət edib oradakı tarixə diqqət yetirməniz kifayət edəcəkdir.

 

Ziyarətçilərin diqqətinə: Əgər Sizi hər hansı sual maraqlandırırsa bizə e-poçtla (info@informasiya.org ) və ya telefonla ( 492-44-44 ) müraciət etməniz rica olunur.

 

 

 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV