Friday 29th March 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Neft Fondunun www.oilfund.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Dövlət Neft Fondunun www.oilfund.az domen adlı İnternet saytı, icmaldan da göründüyü kimi bir qədər zəngin və funksional xarakter daşıyır. Həm də hiss olunur ki, saytın üzərində daim iş gedir və xüsusən də ictimaiyyətlə əlaqələr baxımından işə ciddi yanaşılır. Digər bölmələ üzrə də işlər pis sayıla bilməz. Bununla belə bir sıra bölmələrdə informasiya çatışmazlığı göz önündədir və buna görə də saytın daha da təkmilləşdirilməsi vacibdir. Ona görə də aşağıda bu saytın təkmilləşdirilməsi ilə bağlı bəzi təkliflərimizi təqdim edirik.

1. Qurum haqqında bilgilərə ona daha öncə başçılıq etmiş şəxslər barədə bilgilərin də əlavə edilməsi tövsiyə olunur.

2. Ziyarətçilərin əks əlaqəsini daha da asanlaşdırmaq üçün qurumun ünvanının marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgi verilməsi gərəklidir.

3. Qurumun strukturunu həm də ətraflı şəkildə, əks əlaqə imkanları, struktur bölmələrinin ünvanları və səlahiyyət çərçivələri, rəhbərləri haqqında bioqrafik bilgilərlə bərabər təqdim edilməsi yaxşı olardı. 

4. Qurumun rəhbəri və digər rəhbər işçiləri haqqında bilgilərə struktur bölmələrinin rəhbərləri barədə də bioqrafik bilgilərin və onlarla əks əlaqə imkanlarının təqdim edilməsi zəruridir.

5. Qurumunun cari fəaliyyəti haqqında informasiyalar sırasına qurumdaxili əmr və sərəncamlar bölməsinə aid edilə biləcək bilgilərin də verilməsi gərəklidir.

6. Qurumun büdcəsinin icra durumu, ona edilən dəyişikliklər barədə də bilgilərin verilməsi tövsiyələr sırasındadır. Həmçinin, büdcənin icmalının bura əlavə edilməsi yaxşı olardı.

7. Yaxşı olardı ki, qurumun təklif etdiyi xidmətlər barədə bilgilər saytda əks etdirilsin.

8. Qurumda işə qəbulun sonucları, qurum daxilində ixtisasdəyişmə imkanları barədə də bilgi əlavə edilməsinə ehtiyac duyulur.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi faydalı olardı.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında da eyni sözləri demək mümkündür.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı elanlardan əlavə onların nəticələri haqqında da bilgi vermək lazımdır.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyətinin işıqlandırılması tövsiyələr sırasındadır.

13. Saytın texniki imkanları yetərincə yüksək dəyərləndirilə biləcəyindən bununla bağlı tövsiyəyə gərək duyulmur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV