Thursday 28th March 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin www.ombudsman.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin www.ombudsman.gov.az domen adlı İnternet saytı, icmaldan da göründüyü kimi, bir sıra göstəricilərinə görə yaxşı durumda olsa da bəzi bölmələr üzrə informasiya qıtlığı nəzərdən qaçmır. Xüsusən də şəffaflıq məsələlərinə aidiyyatı olan bilgilərin yoxluğu heç də ürəkaçan hal sayıla bilməz. Bununla belə, saytı nəzərdən keçirəndə onun sadəcə dolğunlaşdırılması üçün imkanların varlığı gözdən qaçmır. Elə ona görə də bu sayt təkmilləşdirilə bilər və biz də aşağıda bu yöndə təkliflərimizi veririk.

1. Qurum haqqında bilgiləri tam və dolğun sandığımızdan ona aid tövsiyəyə gərək duyulmadığı qənaətindəyik.

2. Ziyarətçilərin əks əlaqəsini asanlaşdırmaq üçün qurumun ünvanının marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat barədə də bilgi verilməsi gərəklidir.

3. Qurumun struktur vahidlərini sxem şəklində də göstərmək lazımdır. Üstəlik struktur vahidlərinin rəhbərləri, onların ünvanları və əlaqə vasitələri barədə də bilgi verilməlidir.

4. Digər rəhbər işçilər haqqında da bioqrafik bilgilər verilməlidir. Həm də əks əlaqə imkanlarını xüsusiləşdirmək lazımdır.

5. Cari informasiyalar haqqında bilgilərə qurumun icra etdiyi proqram və layihələr, qurumdaxili əmr və sərəncamlar, onların reyestri barədə də informasiyaların əlavə edilməsi tövsiyə olunur.

6. Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında informasiyalar saytda yer alsın.

7. Qurumun təklif etdiyi pullu xidmətlər və onların qiymətlərinin formalaşması, həmçinin onlardan istifadə yolları barədə də bilgi verilməsi zəruridir.

8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin təqdim edilməsi yaxşı olardı.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi də tövsiyə olunur.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də bilgilərin verilməsinə ehtiyac duyulur.

11. Yaxşı olardı ki, tender və yarışmalar haqqında bilgilər də əks etdirilsin.

12. Qurumun norma- (qanun)yaratma fəaliyyətinin işıqlandırılması da gərəklidir.

13. Saytın texniki imkanları sırasına abunə təklifi də əlavə edilməlidir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV