Friday 19th April 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin www.socar.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin www.socar.az domen adlı İnternet resursu özünün funksionallığı və çevikliyi baxımından diqqət çəkən olsa da bir sıra bölmələr üzrə bilgi çatışmazlığı baxımından da, təəssüf ki, diqqət çəkir. Xüsusən də şəffaflıq baxımından gərəkli olan büdcə bilgiləri, tender və yarışmalar, işə qəbul, vətəndaşların qəbulu məsələlərində saytda heç bir bilgi yoxdur. Ümumi hesabla 13 bölmədən yalnız 6-sı üzrə bilgi var ki, bu da yetərli sayıla bilməz. Ancaq o da nəzərə çatdırılmalıdır ki, saytın informasiya olan bölmələrində demək olar ki, dolğunluq və tamlıq nəzərə çarpır. Bütövlükdə sayt aşağıdakı kimi görünür.

1. Qurum haqqında bilgilər demək olar ki, tamdır. Qurumun tarixi, qanunverici əsasları, səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri saytda əks olunur. Ancaq quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgi verilmir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı verilir. Həmçinin telefon və faks nömrələri, e-poçt ünvanları da var. Üstəlik qurumun ünvanının marşrut və sxemi də təqdim edilir. Ancaq ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgi yoxdur.

3. Qurumun struktur vahidləri haqqında sözlü olaraq bilgi verilir. Sxem isə təəssüf ki, təqdim edilmir. Həm də bir sıra struktur vahidləri barədə ayrıca İnternet səhifələri də təqdim edilir ki, burada onlar haqqında daha çox bilgi toplanıb.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər bölməsində yalnız şirkətin prezidenti barədə bu cür bilgilər var. Başqa heç bir vəzifəli şəxs barədə bioqrafik bilgi yoxdur. Bundan başqa rəhbər şəxslərlə birbaşa əlaqə vasitələri baxımından yalnız rəhbərliyə daxil olanların telefon və faks nömrələri verilir.

5. Cari informasiyalar məsələsində sayt yetərincə çevikdir. Bu ölçülərə sığan ayrı bilgilər də yetərli sayıla biləcək qədərdir. Ancaq qurumdaxili əmr və sərəncamlar, onların reyestri barədə bilgi yoxdur. Bununla belə qurumun icra etdiyi proqram və layihələr barədə yetərincə bilgi verilir.

6. Ümumi dövlət büdcəsi ilə bağlı isə heç bir bilgi təqdim edilmir.

7. Qurumu tərəfindən təklif edilən xidmətlər haqqında da saytda heç bir bilgi əldə etmək mümkün deyil.

8. Boş iş yerləri və işə qəbulla bağlı da eyni mənzərə müşahidə olunur.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilər də saytda öz əksini tapmayıb.

10. Növbəti boş bölmə isə vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqındadır.

11. Eyni sözləri tender və yarışmalar haqqındakı bilgilərə də şamil etmək mümkündür.

12. Daha bir boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

13. Saytın texniki imkanları normal sayıla biləcək həddədir. Ancaq abunə və onlayn müraciət forması təqdim edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV