Saray Bələdiyyəsinin www.belediyye.com/saray domen adlı İnternet resursu daha bir qurulub unudulan saytdır. Burada da daha öncəki saytlarda olduğu kimi standart bölmələr verilib. Təbii ki, onlarda olduğu kimi bu resursda da bizə gərəkli olan bilgilər yoxdur. olduğu hesab edilən bilgilər isə sadəcə üç il öncəyə aid olduğundan bu gün üçün onları yox saymaq da olar. Misal üçün, cari bilgilər bölməsinə aid edilməli olan bilgilər 2008-ci il üçün olduğundan onların artıq cari sayılması mümkün deyil və belə olduğunda saytda deməli cari bilgi yoxdur. Ona görə də bu saytın ayrıntılı monitorinqini aparmaq mümkün deyil.