Friday 29th March 2024,

2011

Ξ Leave a comment

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az domen adlı İnternet resursu özünün çevikliyi, funksionallığı və texniki imkanlarına görə yaxşı tərtib edilsə də burada bir sıra bölmələr üzrə bilgilər çatışmır. Əlbəttə ki, bu da təəssüf doğurmaya bilməz. Bununla belə qeyd etmək lazımdır ki, sayt özü inkişaf etdirilməsi üçün geniş imkanlara malikdir. Saytın ümumi durumu isə aşağıdakı kimidir.

1. Qurum haqqında bilgilər demək olar ki, tam və dolğundur. Qurumun tarixi, qanunverici əsasları, səlahiyyətləri barədə bilgilər ətraflı şəkildə təqdim edilir.

2. Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, həmçinin onlayn müraciət forması verilir. Lakin qurumun ünvanının marşrut və sxemi, ora gəlmək üçün ictimai nəqliyyat barədə bilgi təqdim edilmir.

3. Qurumun strukturu haqqında lazımlı bilgilər verilmir.

4. Rəhbər və digər rəhbər işçilər haqqında bioqrafik bilgilər yetərli sayıla biləcək qədərdir. Lakin struktur bölmələrinin rəhbərləri barədə bu cür bilgilər verilmir. Əks əlaqə imkanları da ümumi olaraq normadadır. Ancaq struktur bölmələri ilə birbaşa əlaqə imkanları haqqında bunu demək olmaz.

5. Cari informasiyalar məsələsində sayt yetərincə çevik və dolğundur. Ancaq qurumdaxili əmr və sərəncamlar bölməsinə aid edilə biləcək bilgilər yoxdur.

6. Ümumi dövlət büdcəsi ilə bağlı bölmə faktiki boşdur.

7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında ümumi bilgi təqdim edilir.

8. Boş iş yerləri və işə qəbulla bağlı heç bir informasiya verilmir.

9. Sahə işçilərinin əmək haqları bölməsi də təəssüflər olsun ki, boşdur.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında heç bir bilgi yoxdur.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı da eyni sözləri demək olar.

12. Dada bir boş bölmə qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

13. Saytın texniki imkanları yetərincə yüksək dəyərləndirilə bilər. Ancaq onlayn yazışma forması olsa da abunə imkanı təklif edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV