Saturday 20th April 2024,

2011

Ξ Leave a comment

“İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması: real vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.

posted by

  21 iyun 2011- ci il  tarixdə  Multimedia Mərkəzi tərəfindən “İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması: real vəziyyət və perspektivlər”  mövzusunda Dəyirmi Masa keçirilib.      
   Tədbirdə Multimedia Mərkəzinin direktoru  Osman Gündüz Mərkəz tərəfindən  6 ay ərzində  60 dövlət  qurumunun və 15 Bələdiyyənin internet resursunun monitorinqinin aparıldığını  qeyd edib. Rəsmi saytların 67  parametr üzrə kəmiyyət  və  keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla  informasiya  açıqlığı  vəziyyətinin analiz olunduğunu  bildirilib. İnformasiya  açıqlığı üzrə dövlət  qurumlarının və  Bələdiyyələrin növbəti Reytinq  CədvəliHesabat  ictimaiyyətə təqdim edilib.   Hesabatda son  yarım il ərzində   dövlət orqanlarının və bələdiyyələrin rəsmi internet  saytlarında yerləşdirilən informasiyanın  kəmiyyət və keyfiyyət  baxımından mövcud qanunvericiliyə uyğunluğu ilə bağlı vəziyyət öz əksini tapıb.  O, ictimai informasiyaların internet resurslar  vasitəsilə yayılmasında müsbət istiqamətdə xeyli irəliləyişlər olması ilə  bərabər  hələ də  ciddi problemlərin qaldığını  bildirib. Xüsusilə , informasiya açıqlığı sahəsində dövlət  qurumları arasında kəskin informasiya bərabərsizliyinin olduğu  vurğulanıb.
    Monitorinqin nəticələrinə əsasən informasiya  açıqlığı üzrə Reytinq Cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq   Vergilər Nazirliyi (68%), Hesablama Palatası (56%) və Sosial Müdafiə Fondu (55%) tutub.
Reytinq Cədvəlində sonuncu yerlər isə Nazirlər Kabinetinə,  Bakı Metropoliteni , Kənd Təsərrüfatı Nazirliyinə  məxsusdur.
    Müdafiə Nazirliyinin və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  saytları isə hələ də fəaliyyət göstərmir.  60 dövlət qurumu üzrə orta informasiya  açıqlığı  göstəricisi  27 % təşkil edib. Ötən illə müqayisədə informasiya açıqlığı sahəsində təxminən 7 % artım olub.
    Dəyirmi Masada RİTN –nin nümayəndəsi Etibar Umudov,  Dövlət Neft Fondunun nümayəndəsi Cəmalə Əliyeva, Hüquq və İnkişaf  İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, QHT-lərə Dövlət Dəstəyi şurasının üzvü Əliməmməd Nuriyev, İREX təşkilatının nümayəndəsi Ələsgər Məmmədli, Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Elman Babayev, Vergilər Nazirliyinin nümayəndəsi Ələkbər Arif,  DİN –nin nümayəndəsi Cavid Qasımov, Milli Məclisin şöbə müdirinin müavini Yaşar Əməşov,  Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi Asəf Əliyev ,  AMEA İTİ-nin şöbə müdiri Gülnarə Nəbiyeva, Sahil Şirkətinin direktoru Vahid Qasımov,  müstəqil ekspert Azər Həsrət , Neftçilərin Hüquqlarını Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı və digər  nümayəndələr  çıxış ediblər.


 








Çıxış edənlər ictimai əhəmiyyət  kəsb edən  informasiyaların  rəsmi saytlardan əldə edilməsi sahəsində son dövrlərdə müəyyən irəliləyişlərin olduğunu bildiriblər. Bir sıra dövlət qurumunun saytlarının tamamilə  yenidən qurulduğu  qeyd edilib.  Monitorinqin Metodologiyasının  təkmilləşdirilməsi istiqamətində  təkliflər irəli sürülüb. Bununla belə açıqlanması məcburi olan informasiyaların əksəriyyətinin hələ də  saytlardan əldə edilməsinin mümkünsüzlüyü qeyd olunub. Monitorinqin nəticələrinin ictimailəşdirilməsinin və davamlı olaraq  aparılmasının  zəruriliyi qeyd olunub.
 Təqdimat mərasimində hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq  təşkilatların  nümayəndələri  iştirak edib.  
 Monitorinq  ACİ –Yardım Fondu tərəfindən dəstəklənən “İctimai informasiya subyektlərinin informasiya açıqlığı vəziyyətinin Monitorinqi” Layihəsi  çərçivəsində həyata keçirilib.
  Geniş məlumat www.informasiya.org –da  yerləşdirilib.

Multimedia Mərkəzi
Tel: 492 44 44  
www.informasiya.org
info@informasiya.org

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV