Friday 29th March 2024,

Xəbərlər

Ξ Leave a comment

“Elektron xidmətlərə keçid: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.

posted by

04.11.2011

Multimedia

İnformasiya sistemləri və Texnologiyaları

Mərkəzinin

Məlumatı

04  noyabr 2011-ci il tarixdə Multimedia Mərkəzi tərəfindən “Elektron xidmətlərə keçid: mövcud vəziyyət və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbirdə Multimedia Mərkəzinin direktoru  Osman Gündüz mövzu ilə bağlı təqdimatla  çıxış edib. O, ölkədə elektron hökumət quruculuğu və xüsusilə də elektron xidmətlərin göstərilməsinə hazırlıqla bağlı müəyyən işlərin güldüyünü vurğulayıb. Bununla belə o, Prezidentin Elektron xidmətlərin göstərilməsinin təşkili haqqında 23 may tarixli Sərəncamında nəzərdə tutulan bəzi  mələlərlə bağlı hələlik ictimaiyyətə heç bir açıqlama verilmədiyini bildirib. Təqdimatda Mərkəzi icra orqanları tərəfindən hansı xidmətlərin təqdim edilməsi və onların sosial əhəmiyyətliliyi məsələsinə toxunulub. Ümumiyyətlə bütün dövlət və bələdiyyə xidmətlərinin qabacadan inventarizasiyasının  aparılmasının vacibliyi vurğulanıb. Hər bir dövlət qurumunda elektron xidmətlərlə bağlı  məsul şəxslər və strukturların yaradılmasının, konkret büdcə bəndinin müəyyən edilməsinin vacibliyi qeyd olunub. Elektron hökumətlə bağlı hazırda həyata keçirilən Dövlət layihəsində şəffaflıq və informasiya mühitinin yetərli olmadığı qeyd olunub. Bu Layihə çərçivəsində hansı işlərin görüləcəyi, Vətəndaş cəmiyyətinin və biznes strukturlarının bu Layihəyə hansı formada töhfə verə biləcəkləri aydın deyil. Vahid Portalın, onun strukturu və işləməsi qaydalarının da hələ də hazırlanmamağından  narahatçılıq  ifadə olunub. Elektron xidmətlərlə bağlı ayrıca Qanun Layihəsinin hazırlanmasının vacibliyi bildirilib.

Mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələrdə AİF üzvü və İREX –in əməkdaşı Ələsgər Məmmədli, Korrupsiyaya Qarşı Mübarizə Fondunun sədri Vasif Mövsümov, yazıçı Aydın Xan, Turan İA –nın direktoru Mehman Əliyev, Delta Telekom şirkətinin texniki direktoru Rahid Ələkbərli, Milli Məclisin bölmə müdiri Yaşar Əməşov, Prezident Yanında Dövlət Qulluğu Məsələli üzrə Komissiyanın nümayəndəsi Asəf  Əliyev, Sahil şirkətinin direktoru, AİF üzvü Vahid Qasımov, Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin şöbə müdiri Ramil Süleymanov, Rabitə və İT Nazirliyinin nümayəndəsi Elçin Məmmədov, E-systems şirkətinin direktoru Əli Kərim  və digərləri çıxış ediblər.
Çıxışlarda elektron xidmətlərə keçid və artıq göstərilən xidmətlər haqqında məlumatlar verilib. Bu istiqamətdə müəyyən addımların atıldığı qeyd olunub. Bununla belə bütövlükdə bu prosesin ləng getdiyi, bəzi məmurların bu prosesdə maraqlı olmadıqları qeyd edilib. Elektron xidmətlərə  keçidlə bağlı inzibati təsirlərin gücləndirilməsi təklifi səsləndirilib. Keçid planının, onlayn ödəmə və elektron imza probleminin həllinin vacibliyi qeyd edilib. Konkret sosial əhəmiyyət kəsb edən və kütləvi xarakter daşıyan xidmətlərin elektron formaya keçirilməsinin vacibliyinə toxunulub. Hüquqi-normativ bazanın təkmilləşdirilməsi, elektron hökumət quruculuğu istiqamətində şəffaf və informasiyalı bir mühitin yaradılmasının  zəruriliyi bildirilib.
Dəyirmi Masada dövlət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. 

Multimedia Mərkəzi
Tel: 492 44 44 
www.informasiya.org
www.cit.az
multimedia@cit.az 

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV