Friday 22nd September 2017,

Xəbərlər

Ξ Leave a comment

“Multimedia” Mərkəzinin açıqlaması

posted by

“Multimedia” Mərkəzinə edilən müraciətlərə cavab olaraq bildiririk ki,  Media Hüququ İnstitutu (MHİ) tərəfindən 26.12.2011–ci il tarixdə açıqlanan “Dövlət  qurumlarının şəffaflıq hesabatı”nın “Multimedia” Mərkəzinə hər hansı bir aidiyyatı yoxdur.
Multimedia Mərkəzinin 2006-cı ildən başlayaraq peşəkar səviyyədə həyata keçirdiyi “Dövlət qurumlarının informasiya açıqlığının monitorinqi”, “İnformasiya açıqlığı üzrə reytinq cədvəli” və müvafiq hesabatlar “İnformasiya azadlığı” (www.informasiya.org) İnternet resursunda yerləşdirilib. Hər bir dövlət qurumu üzrə alınan nəticələr və tövsiyələr də illər üzrə bu resursda yerləşdirilib.
Müraciətlərə cavab olaraq Mərkəz bildirir ki, MHİ tərəfindən hazırlanan hesabatda “Multimedia” Mərkəzinin nəticələrindən və ümumiyyətlə hesabatlarımızda yer alan fikirlərdən istifadə edilməsini güman etmək üçün müəyyən əsaslar var. Ancaq Mərkəz vətəndaş cəmiyyətinin inkişafına yönələn istənilən təşəbbüsləri dəstəklədiyindən bunun araşdırılması istiqamətində hansısa addımlar atmaq niyyətində deyil.
Bununla belə “Multimedia” Mərkəzinin əldə etdiyi nəticələrin zaman-zaman MHİ tərəfindən də ciddi və peşəkar olaraq dəyərləndirilməsinə, uğurlu hesab edilməsinə  baxmayaraq bu qurum tərəfindən yenidən oxşar metodika və tam oxşar yanaşma əsasında təkrar bir layihənin icrası bir qədər çaşqınlığa səbəb olub. Əlbəttə, hər hansı layihəni seçmək qurumun öz işidir. Amma, fikrimizcə, uzun müddətdən bəri mövcud olan uğurlu bir layihə ilə tam eynilik təşkil edən bir layihəni dəstək məqsədilə donorlara təqdim etməkdənsə, yeni bir  problemin  ictimailəşməsinə diqqət yetirilməsi vətəndaş cəmiyyətinin  inkişafı üçün daha faydalı olardı.
“Multimedia” Mərkəzi həmçinin MHİ-nin hesabatında tamamilə yanlış fikirlərin də yer aldığını bildirir. Belə ki, hesabatda “İnformasiya əldə edilməsi haqqında” qanunun guya bu qurumun hazırladığı layihə əsasında qəbul edildiyi qeyd olunub. Əslində isə həmin prosesdə aktiv iştirak edən ekspertlər bilir ki, adı çəkilən qanunla bağlı həm MHİ-yə, həm də “Multimedia” Mərkəzi və digər qurumlara məxsus təkliflərin olmasına baxmayaq, hamının razılığı ilə Avropa ölkələrindəki təcrübəyə əsaslanan tam fərqli bir qanun layihəsi qəbul edildi.
“Multimedia” Mərkəzi dövlət qurumlarının informasiya açıqlığı, rəsmi dövlət saytlarının monitorinqi istiqamətində fəaliyyətini davam etdirir və nəticələr haqqında  ictimaiyyətə məlumatlar veriləcək.
Multimedia Mərkəzi
www.cit.az
www.informasiya.org

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV