Thursday 25th April 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkminləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin www.mns.gov.az ünvanlı İnternet saytı, icmaldan da anlaşıldığı kimi, bir çox göstəricilər üzrə daha yaxşı təşkil edilməsinin arzu olunması üçün yer qoyur. Saytda bir çox bölmələr üzrə bilgilər yerli-dibli yoxdur. Ən adi mətbuat üçün açıqlamalar isə çox köhnəlib. Bu qəbildən olan ən yeni bilgi 17 yanvar 2012-ci ilə aiddir. Büdcə, işə qəbul, tenderlər, əmək haqları kimi şəffaflığa xidmət edən bilgilər isə heç yoxdur. Bununla belə saytın imkanları onun təkmilləşdirilməsinin mümkün olduğunu göstərir. Ona görə də aşağıda bu saytın təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1.    Qurum haqqında bilgilər sırasına yaxşı olardı ki, kollegiya haqqında da bilgilər əlavə edilsin.  

2.    Ziyarətçilərin qurum ilə əlaqəsinin yaxşılaşdırılması baxımından telefon və faks nömrələri, e-poçt ünvanlarının daha ayrıntılı şəkildə təqdim edilməsi yaxşı olardı. Həm də qurumun ünvanının marşrut və sxemi, ora getmək üçün ictimai nəqliyyat barədə də bilgi verilməsi vacibdir.  

3.    Qurumun strukturu və aparat haqqında və regional bölmələr barədə bilgiləri təqdim edilməsi tövsiyə olunur.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə imkanları barədə təqdim edilən məlumatlardan qurumun rəhbərinin bioqrafiyası ilə bərabər qurumun başqa rəhbər şəxsləri barədə də bioqrafik bilgilərin təqdim edilməsi yaxşı olardı. Həmçinin qurum ilə əks əlaqə üçün ümumi imkanların daha mükəmməl bir həddə çatdırılması tövsiyə olunur.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamaların daha aktual olması gərəklidir.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilərin şəffaflıq baxımından təqdim edilməsi faydalı olardı.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgilərin də təqdim edilməsinə ehtiyac var.

8.    Növbəti təqdim edilməsi gərəkli olan informasiyalar isə işə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilərdir.

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.

10.    Təqdim edilməsi vacib olan bilgilərdən biri də vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında olan bilgilərdir.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında da yuxarıdakı sözləri demək olar.

12.    Dövlət qurumunun norma- (qanun)yaratma fəaliyyəti barədə bilgilərin verilməsi yaxşı olardı.  

13.    Saytın texniki imkanlarının yaxşılaşdırılması, onlayn müraciət formasının və abunə imkanlarının da təqdim edilməsi tövsiyələr sırasındadır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV