Azərbaycan Respublikası Astara Rayon İcra Hakimiyyəti www.astara-ih.gov.az domen adlı İnternet saytında çatışmazlıqlar olsa da onun işini təkmilləşdirmək mümkündür. Yəni bu saytın üzərində müəyyən işləri aparmaqla onun informasiya təminatını yaxşılaşdırmaq olar. Aşağıdakı bəndlər üzrə təklif edəcəyimiz tövsiyələr də elə buna hesablanıb.
1. Qurum haqqındakı bilgilərə quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumatların əlavə edilməsi yaxşı olardı.
2. Ziyarətçilərin əks əlaqəsinin yaxşılaşdırılması üçün qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin və onlayn müraciət imkanının saytda yer alması faydalı olardı.
3. Qurumun strukturunun sxemi ilə yanaşı sözlü bilgilərin də təqdim edilməsinə ehtiyac duyulur.
4. Rəhbər və rəhbər işçilər haqqında məlumatın saytda əks etdirilməsi yaxşı olardı.
5. Cari informasiyalar baxımından sayt normal olduğundan əlavə tövsiyəyə ehtiyac duyulmur.
6. Daha bir tövsiyə büdcə ilə bağlı məsələlər haqqında bilgilərin saytda əks etdirilməsi ilə bağlıdır.
7. Qurum tərəfindən təklif edilən xidmətlər haqqında bilgin təqdim edilməsi gərəklidir.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də təqdim edilməsinə ehtiyac duyulur.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında bilgilərlə bərabər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulunun norma və qaydaları barədə ümumi bilgilər və qurumda vətəndaşların qəbul qaydaları barədə bilgilərin də əlavə olunması gərəkdir.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyələr olunur.
12. Saytın texniki imkanları sırasına onlayn müraciət və abunə imkanının da daxil edilməsi tövsiyə olunur.