Thursday 18th April 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin www.maliyye.gov.az adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin www.maliyye.gov.az ünvanlı İnternet saytı, icmaldan da göründüyü kimi, bir sıra göstəricilər baxımından yetərincə yaxşı tərtib edilib. Bununla belə saytda çatışmazlıqlar da az deyil. Yəni bəzi bölmələr üzrə heç bir bilginin verilməməsi dərhal diqqəti çəkir. Üstəlik, əks əlaqənin asanlaşdırılması üçün gərək olan bəzi bilgilərin çatışmadığı da diqqətdən qaçmır. Abunə imkanının təklif edilməməsi, dövlət büdcəsi ilə bağlı ayrıca bilgi verilməməsi də çatışmazlıqlar sırasındadır. Əlbəttə ki, bu çatışmazlıqlar heç də saytın tam şəkildə aşağı qiymət almasına səbəb olmur. Saytda bəzi bölmələr üzrə dolğun bilgi verilməsi onun imkanlarının yetərincə olmasından xəbər verir. Elə buna görə də bu resursun təkmilləşdirilmə imkanlarının olduğunu nəzərə alaraq aşağıda bu istiqamətdə bəzi tövsiyələrimizi təqdim edirik:

1.    Qurum ilə bağlı informasiyaların tam və dolğun şəkildə olması tövsiyyə söyləməyin gərəksiz olduğunu göstərir.

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsinin yaxşılaşdırılması üçün qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat vasitələri haqqında bilgilərin verilməsi zəruridir.

3.    Qurumun strukturu haqqındakı bilgilərə qurumun strukturunun ümumi sxeminin də əlavə edilməsi tövsiyə olunur.
4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə haqqındakı bilgilər sırasına mümkün struktur bölmələri rəhbərlərinin bioqrafiyalarını əlavə etməkgərəklidir.

5.    Qurumun cari fəaliyyəti haqqında informasiyalardan təqdim edilməsi gərəkli olan bilgilər qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr haqqındadır.

6.    Yaxşı olardı ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilsin.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında isə qaynar xətt, xidmətlərdən istifadə qaydaları və e-formada təklif edilən xidmətlər barədə  bilgilərin təqdim edilməsi tövsiyə olunur.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər sırasına da işə qəbulla bağlı mümkün komissiyalar barədə bilgilərin əlavə edilməsi faydalı olardı.

9.    Yaxşı olar ki, sahə işçilərinin əmək haqları barədə bilgilər saytda yer alsın.

10.     Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə təqdim edilən bilgilərin zənginləşdirilməsinə ehtiyac duyulur.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilərin də əks etdirilməsinə ehtiyac var.

12.    Eyni sözləri qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da demək mümkündür.

13.    Saytın texniki imkanları baxımından tam ekran rejimini məhdud rejimə dəyişmək yaxşı olardı. Həm də abunə təklifinə gərək var.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV