Tuesday 23rd April 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin www.maliyye.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin www.maliyye.gov.az ünvanlı İnternet saytı bir çox göstəriciləri baxımından yetərincə zəngin və dolğun təsir bağışlayır. Xüsusən də dövlət büdcəsi, qurumun özüylə bağlı bilgilər, rəhbər şəxslərin bioqrafiyaları ayrıntılı şəkildə verilib. Ancaq büdcəylə bağlı bu cür informasiyanın verilməsi heç də o demək deyil ki, bizim monitorinqimizin bu bölməsi üzrə bilgilər var. Məsələ ondadır ki, bu qurumun öz büdcəsi haqqında ayrılıqda bilgi verilməsi lazım idi. Saytın texniki imkanları yaxşı qiymətləndirilə bilər. Bununla belə abunə təklifinin olmaması, saytın tam ekran ölçüsündə verilməsi ondan istifadədə problem yarada bilər. Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı təqdim edilən  informasiyalar üzrə bilgilər tamdır.  

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün ümumi imkanlar təqdim edilib. Lakin qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat vasitələri haqqında bilgi verilmir.

3.    Qurumun strukturu haqqında yalnız qurumun strukturunun ümumi sxemi çatışmır.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə imkanları baxımından isə  çatışmayan mümkün struktur bölmələri rəhbərlərinin bioqrafiyalarıdır.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya və quruma aid olan hər cür başqa cari informasiyalar təqdim olunur. Bunula yanaşı qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr haqqında isə heç bir bilgi verilmir.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında isə heç bir bigi təqdim edilmir.

7.    Təəssüf ki, qurum tərəfindən təklif edilən xidmətlər haqqında qaynar xətt, xidmətlərdən istifadə qaydaları və e-formada təklif edilən xidmətlər barədə bilgilər saytda əks etdirilmir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər təqdim edilir. Lakin işə qəbulla bağlı komissiyalar barədə bilgi verilmir.

9.    Sahə işçilərinin əmək haqları barədə də bilgilərə rast gəlinmir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə təqdim edilən yeganə bilgi vətəndaşların qəbul günləri üzrə bilgi verilib.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı bilgilər də təqdim edilir.

12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqında da bilgilərə rats gəlmək mümkün deyil.

13.    Saytın texniki göstəricilər uyğun olsa da tam ekran rejiminin tətbiqi və abunə təklifinin yoxluğu işləri bir qədər çətinləşdirir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV