Saturday 20th April 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Beyləqan Rayon İcra Hakimiyyəti www.beyleqan-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Beyləqan Rayon İcra Hakimiyyəti  www.beyleqan-ih.gov.az domen adlı İnternet resursu təəssüflər olsun ki, elə ilk görünüşdən zəif sayt təsiri bağışlayır. Sayt həm görünüş baxımından həm də məlumat dolğunluğu baxımından digər resurslardan geri qalır. Doğrudur saytın istifadəyə verilmə müddəti az bir zaman olsa da məlumatların zənginləşdirilməsi baxımından kifayət edəcək bir müddətdir. Ən əsası saytda şəffaflıq baxımından lazımlı bilgilər əks etdirilmir.  Saytın ümumi görünüşü aşağıdakı kimidir:

1.    Rayon haqqındakı bilgilər kifayət qədər sayılsada qurum haqqındakı bilgilər demək olar ki, çox kəsaddır. Qurumun tarixi, qanunverici əsasları, səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri, quruma daha öncə başçılıq etmiş şəxslər barədə və. s kimi məlumatlar əks etdirilmir. Qurum haqqında yeganə məlumat qurumun başçısının bioqrafiyasıdır.

2.    Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri verilir. Lakin , e-poçt ünvanları, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında,  bilgi verilmir.

3.    Qurumun strukturunun sxemi, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar təqdim edilir. Lakin qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında heç bir bilgi təqdim edilmir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbərinin bioqrafiyası, rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları təqdim edilir. Lakin digər rəhbər şəxslər haqqında bioqrafik bilgilər  və vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında heç bir bilgi təqdim edilmir.

5.    Cari informasiyalar biraz mürəkkəb yolla təqdim edilir. Rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında məlumatlar təqdim edilsə də rayonun ictimai həyatı haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, qurumun həyata keçirdiyi tədbirlər və cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə) saytda öz əksini tapmayıb.

6.    Təəssüf ki, dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası təqdim edilmir.

7.    Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər,  elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında heç bir bilgiyə rast gəlinmir.  

8.    Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi,  işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir bilgi təqdim edilmir.

9.    Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqında bilgilər verilir. Lakin qurumda vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilər haqqında heç bir bilgi təqdim edilmir.

11.    Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar saytda öz əksini tapmayıb.  

12.    Saytın texniki imkanları orta səviyyədədir. Onlayn müraciət forması təqdim olunsada abunə imkanı verilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV