Friday 29th March 2024,

Xəbərlər

Ξ Leave a comment

«Bələdiyyələrin informasiya açıqlığında İnformasiya əldə etmək haqqında Qanunun rolu» mövzusunda Dəyirmi Masa keçirilib.

posted by

09.06.2006

Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin
Məlumatı

    09 iyun 2006- cı il  tarixdə  Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən «Bələdiyyələrin informasiya açıqlığında İnformasiya əldə etmək haqqında Qanunun rolu» mövzusunda Dəyirmi Masa keçirilib.  Dəyirmi Masa  ACİ-Yardım Fondu tərəfindən dəstəklənən «Bələdiyyələrin informasiya açıqlığı və vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək»  Layihəsi çərçivəsində həyata keçirilir.
      Dəyirmi Masada Multimedia Mərkəzinin direktoru, Layihənin rəhbəri  Osman Gündüzün, Layihənin expertləri Ələsgər MəmmədlininVüqar Tofiqlinin mövzu ətrafında təqdimatları olub.

       Dəyirmi Masada QHT liderləri Sahib Məmmədov, Anar Məmmədli, Eldar İsmayılov, Ədliyyə Nazirliyinin Hüquq-Tədris Mərkəzinin direktor əvəzi İlham Abbasov, RİTN-nin şöbə müdirləri Bəxtiyar Məmmədov Əflatun Məmmədov, Ombudsman aparatının nümayəndəsi Aydın Səfirxanlı, Nərimanov Bələdiyyəsinin Komissiya sədri Ələddin Əsgərov, Nəsimi Bələdiyyəsinin sədri Əziz Axundov, Binəqədi Bələdiyyəsinin sədr müavini Saleh Məmmədov, Patamdar Bələdiyyəsinin Komissiya sədri  Ramiq Mustafayev , İnformasiya Texnologiyalari İnstitutunun əməkdaşı Aygün Əhmədova, expert Azər Həsrət və digərləri çıxış ediblər.
    Çıxışlarda Yeni Qanunun Bələdiyyələr üzərinə qoyduğu vəzifələrin gerçəkləşdirilməsi,  bələdiyyələr  və vətəndaşların qarşılıqlı münasibətlərinin qurulmasında informasiya texnologiyalarının rolu ətrafında müzakirələr aparılıb.

Müzakirələr zamanı informasiya və informasiya texnologiyaları sahəsində dünyada və ölkədə  gedən proseslər nəzərdən keçirilmiş , bələdiyyələrdə informasiya işinin qurulmasında daha səmərəli və effektiv formalardan istifadənin zəruriliyi  qeyd edilib. Bələdiyyə üzvləri və qulluqçuları arasında İKT ilə bağlı  Treninqlərin keçirilməsinin vacibliyi vurğulanıb. Çıxış edənlər bu istiqamətdə «Elektron Bələdiyyə» Dövlət Proqramının qəbul edilməsinin vacibliyini vurğulayıblar. Çıxışlarda Qanunun reallaşdırılması ətrafında səmərəli Təkliflər irəli sürülüb. 

   Dəyirmi Masada bələdiyyələrin və müvafiq hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri  iştirak edib.

                                                                            

Multimedia Mərkəzi                                                                                     
Tel: 492 44 44 

www.cit.az

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV