Saturday 20th April 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin www.mlspp.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin www.mlspp.gov.az ünvanlı İnternet saytı artıq ciddi tənqid ediləcək resurslar sırasından çıxıb. Əvvəlki illərdə bu qurumun saytını tapmaq belə müşkül məsələ idisə, indi tam funksional, hətta e-xidmətləri olan bir resursla qarşı-qarşıyayıq. Bu isə təbii ki, istifadəçiləri sevindirməyə bilməz. Sayt zəngindir, funksional və istifadəsi rahatdır. Əks əlaqə imkanları da yetərincə genişdir. Bir çox bölmələr üzrə bilgilər tam və dolğundur. Bütün bunlarla bərabər bəzi bölmələr üzrə bilgilərdə ciddi çatışmazlıq var. Hətta elə bölmələr var ki, onlara aid heç bir bilgi verilmir. Özəlliklə də şəffaflıq baxımından gərəkli olan əmək haqları, büdcə, tenderlər kimi məsələlər barədə. Ümumilikdə isə saytın durumu aşağıdakı kimidir:

1.    Qurum haqqında bilgilər ətraflı şəkildə təqdim edilir. Həm qurumun tarixi, həm də rəhbərin biorafiyası və digər məlumatlar öz əksini tabıb.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün gərəkli imkanlar təqdim edilir. Yalnız quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında  bilgilər əks etdirilmir.  

3.    Qurumun strukturu haqqında sözlü bilgilər təqdim edilir. Lakin qurumun strukturunun ümumi sxemi yoxdur.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkan təqdim edilir. Burada çatışmayan struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərlə bağlıdır.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, qurumun həyata keçirdiyi proqram və layihələr haqqında bilgilər təqdim edilsə də qurumdaxili əmr və qərarlar, onların reyestri  haqqında heç bir bilgi verilmir.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgiyə rast gəlinmir.  

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar sırasında qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı və qaynar xətt imkanı haqqında bilgilər təqdim edilir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında bilgilər sırasında yalnız boş iş yerləri haqqında elanlar barədə məlumatlar təqdim edilir.

9.    Təəssüf ki, sahə işçilərinin əmək haqları barədə heç bir bilgi saytda əks etdirilmir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilər çatışmır. Lakin əsas məlumatlardan olan qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər təqdim edilir.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqqında bilgilər saytda öz əksini tapmayıb.

12.    Növbəti təqdim olunmayan bilgilər qurumun norma- (qanun)yaratma fəaliyyəti haqqındadır.

13.    Sayt texniki baxımdan normal olsada burada çatışmayan tək şey abunə imkanıdır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV