Bakı – Tiflis – Ceyhan Neft Boru Kəməri direktorluğunun İnternet saytı təəssüflər olsun ki, Azərbaycandan daha çox Türkiyəyə həsr edilib. Əslində burada qeyri-normal heç nə yoxdur. Çünki sayt Türkiyəyə aiddir. Bununla belə nəzərə alsaq ki, Bakı – Tiflis – Ceyhan neft boru kəməri məhz Azərbaycandan başlayır o zaman ölkəmizə aid bilgilərin də burada yer almasını tələb etməkdə haqlı olardıq. Ümumiyyətlə isə BTC ilə Azərbaycan tərəfinin əhatəli İnternet saytı hazırlaması faydalı olardı. Türkiyə tərəfinə aid saytda aşağıdakı bölmələr yer alıb:
• BTC layihəsi: Bakı neftinin tarixi, BTC layihəsinin xronologiyası, məqsədi, inkişafı, mərhələləri, işləmə müddəti, maliyyəsi, texniki özəllikləri, Türkiyəyə verəcəyi üstünlüklər
• Layihə direktorluğu: direktorluğun təşkili və fəaliyyəti haqqında
• İştirakçılar: layihənin iştirakçıları və onların payları
• Bağlantılar: Türkiyənin bəzi dövlət qurumlarının və neftlə bağlı xarici qurumların saytlarına keçidlər
• Foto albomu: fəaliyyəti əks etdirən fotolar
• Əlaqə: e-poçt da daxil olmaqla Türkiyədə ünvan, telefon və faks nömrələri
Bunlardan başqa saytda sayt xəritəsi və ziyarətçi dəftəri də yer almaqdadır.