Friday 26th April 2024,

2015

Ξ Leave a comment

Xüsusi Dövlət Mühafizə Xidmətinin www.dmx.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Xüsusi Dövlət Mühafizə Xidmətinin www.dmx.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin  www.dmx.gov.az ünvanlı İnternet saytı, icmal hissədə də qeyd etdiyimiz kimi, saytında daha dolğun və daha təkmil məlumatlar verilə bilər. Qurumun tarixi, rəhbərliyi haqda məlumat və kollegiya barədə bilgi təqdim edilir. Dövlət qurumunun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar haqda da məlumatlar təqdim edilir. Dövlət qurumunun yerləşdiyi ünvan göstərilsə də, qurumun ünvanının marşrut sxemi və ünvana getmək üçün ictimai nəqliyyat haqqında heç bir məlumat yoxdur. Həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmətlərin telefon və faks nömrələri göstərilir. Qurumun strukturunun ümumi sxemi və aparat haqqına bilgi yoxdur. Əsas rəhbərin bioqrafiyası göstərilsə də, onun müavinlərinin bioqrafiyalarına rast gəlmədik. Qurumun rəhbəri ilə əks-əlaqə imkanları var. Qurumla ümumi əlaqə imkanları da göstərilib. Qurumdaxili əmrlər və qərarlar verilsə də, mətbuat üçün açıqlamalar və onların tezliyi keçən ildən qalan məlumatla yekunlaşır. Dövlət qurumunun təklif etməli olduğu mütləq xidmətlər haqqında bir sıra məlumatlar təqdim olunur. Onlayn yazışma forması olsa da, qaynar xətt yoxdur. Dövlət qurumuna işə qəbulla bağlı elanlar, işə qəbul qaydaları haqqında da bilgi verilmir. Sahə işçilərinin əmək haqqı barədə də məlumat yoxdur. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə də heç bir məlumata rast gəlinmir. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar haqda da heç bir məlumat yoxdur. Dövlət qurumunun norma yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri təqdim edilsə də, dövlət qurumunun abunə imkanının yoxluğu, saytın axtarış sisteminin işləməməsi də diqqətdən yayınmır. Sosial şəbəkələrdə səhifəsinin mövcud olmaması da bəlli olur.

Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

  1. Qurumun tarixi, rəhbərləri haqda məlumatlar və kollegiya haqda məlumatlar təqdim olunur. Dövlət qurumunun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və təlimatlar haqda bilgi verilir. Bu üzdən əlavə tövsiyə verilmir.
  2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Burada qurumun marşrut sxemi və quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır. Bu sahənin dolğunlaşdırılmasına ehtiyac var.
  3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər (aparat, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri) haqqında isə heç bir məlumat təqdim edilmir. Bu sahənin də dolğunlaşdırılmasına ehtiyac duyulur.
  4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları (onlayn formanın olmamasını nəzərə almasaq) təqdim edilir. Lakin struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur. Burada çatışmayan məlumatlar da göstərilsə, sahə dolğunlaşmış olar.
  5. 5.Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Qurumdaxili əmrlər və qərarlar da təqdim edilir. Lakin mətbuat üçün açıqlamalar və onların tezliyi yenilənməyib. Bu sahəyə diqqət yetirilməsi gərəklidir.
  6. 6.Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir. Büdcədənkənar daxilolmalar haqda da heç bir məlumat yoxdur. Bu sahənin də zənginləşdirilməsinə ciddi ehtiyac var.
  7. Qurum tərəfindən təklif edilən xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı olsa da, qaynar xətt yoxdur. Burada qaynar xətt də olsa, əlavə tövsiyəyə gərək qalmaz.
  8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, həmçinin işə qəbulun norma və qaydaları barədə bilgilər təqdim edilmir.  İşə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə isə hər hansı bir bilgiyə də rast gəlinmir. Bu sahənin də dolğunlaşdırılmasına ciddi gərək var.
  9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar. Burada da məlumatların qoyulması tövsiyə edilir.
  10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları gözə dəymir. Dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir. Digər bilgilərə isə rast gəlinmir. Yaxşı olardı ki, bu sahə də dolğunlaşdırılsın.
  11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə heç bir bilgi təqdim edilmir. Digər bilgilər (tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları) barədə də  heç bir məlumat təqdim edilmir. Burada da gərək olan bilgilərin göstərilməsi lazımdır.
  12. Növbəti təqdim edilən bilgilər isə qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqındadır. Bütün mümkün normativ aktların layihələri təqdim edilir. Burada əlavə tövsiyə verilmir.
  13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. İstifadə rahatlığı var. Lakin saytın axtarış sistemi işləmir. Sayta abunə imkanları da göstərilmir. Üstəlik  sosial şəbəkələrdə səhifəsinin olmaması da diqqətdən qaçmır. Boş sahələrin də doldurulması yaxşı olardı.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV