Giriş: Bu gündən başlayaraq informasiya.org saytında dövlət qurumları və neft şirkətlərinin «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası qanununa uyğun olaraq İnternet resurslarından istifadəsinin monitoringi ilə bağlı əldə etdiyimiz bilgiləri yaymağa başlayırıq. Monitoring qanunun 30-cu və 29-cu maddələri rəhbər tutularaq həyata keçiriləcək. Burada biz monitoringi aparılan qurumların İnternet saytında yerləşdirilməsi qanunla məcburi olan bilgilərin hamısı haqqında olmasa da ən vacibləri haqqında öz tapıntılarımızı oxucularla paylaşmaq fikrindəyik. Qeyd edək ki, adı keçən qanuna görə, hər bir informasiya sahibi özünün İnternet resurslarını yaratmalı və orada ən azı 34 adda informasiyanı yerləşdirməlidir.