İlk baxışdan yetərincə zəngin sayt təsiri bağışlayır. Bununla belə qüsurlardan da xali deyil. Məsələn, axtarış qutusu olsa da ondan istifadə mümkün deyil. Üstəlik movcud bölmələrdə konkret vəzifə sahibləri ilə əlaqə saxlamaq üçün telefon nömrələri və e-poçt ünvanları göstərilməyib. Bütövlükdə isə prezident aparatının ünvanı da gözə dəymir. Yalnız bir e-poçt ünvanından başqa hər hansı əlaqə imkanları yoxdur. Menyu iki istiqamətdə yerləşdirilib: solda şaquli və üstdə üfqi.
Sol menyu (üç hissədə)
1. Prezidentin İcra Aparatı
• Struktur: burada prezidentin icra aparatı və işlər idarəsi haqqında qısa bilgi yer alır. Ardınca isə ayrı-ayrı vəzifəli şəxslərin siyahısı verilir. Heç bir əlaqə imkanı mövcud deyil.
• Fəaliyyət: bu bölmədə sadəcə şöbə və xidmətlərin siyahısı yerləşdirilib. Heç bir əlaqə imkanı yoxdur.
• Mətbuat xidməti: sadəcə mətbuat üçün açıqlamaların yer aldığı bölmədə nəinki telefon nömrəsi, heç e-poçt ünvanı da yoxdur. Üstəlik yaxşı olardı mətbuat üçün açıqlamaların mövzusu da verilsin.
2. İnstitutlar
• Nazirlər Kabineti: NK haqqında qısa bilgi, baş nazir və müavinlərinin adları yer alıb.
• Təhlükəsizlik Şurası: TŞ-nin qurulma qaydası və tərkibi haqqında bilgi
3. Azərbaycan Respublikası
• Ümummilli lider: mərhum ölkə başçısı Heydər Əliyevlə bağlı bir neçə xəbər
• İnformasiya: Azərbaycan haqqında ümumi məlumatlar
• Dövlət: dövlət rəmzləri – bayraq, gerb və himn haqqında bilgi
• Cəmiyyət: sadəcə Azərbaycan haqqında oçerkdən ibarətdir
• Hadisələr: 20 yanvar faciəsi, Xocalı və 31 mart soyqırımları haqqında yazılardan ibarətdir
Üst menyu
• Prezident: tərcümeyi-hal, siyasi portret, fotoalbom və videogalereya
• Prezident hakimiyyəti: status, seçkilər, səlahiyyətlər və ali baş komandan
• Fəaliyyət: mərasimlər, görüşlər, müsahibələr, çıxışlar, qəbullar və səfərlər
• Prioritetlər: xarici siyasət, iqtisadiyyat, neft strategiyası, sosial inkişaf, millətin sağlamlığı, Azərbaycan və dünya, Qarabağ
• Sənədlər: qanunlar, rəsmi məktublar, fərman və sərəncamlar, bəyanat və müraciətlər