25.10.2016
Multimedia Mərkəzinin
Məlumatı
Multimedia Mərkəzi tərəfindən “Dövlət qurumlarının onlayn şəffaflığı : problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçirilib. Dövlət qurumlarının informasiya açıqlığı üzrə növbəti Hesabat və Reytinq Cədvəli təqdim edilib.
Tədbirdə Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz informasiya açıqlığı üzrə Mərkəzi və yerli icra qurumlarının növbəti Hesabatını və Reytinq Cədvəlini ictimaiyyətə təqdim edib.
O, 4 ay ərzində 70 Mərkəzi icra orqanının və 68 Yerli icra hakimiyyətlərinin rəsmi internet resursunun monitorinqinin aparıldığını qeyd edib.
O, rəsmi saytların 60 parametr üzrə kəmiyyət və keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla informasiya açıqlığı vəziyyətinin analiz olunduğunu bildirilib. Hər bir qurum üzrə araşdırmaların yekunu olaraq icmal və tövsiyələr hazırlandığı diqqətə çatdırılıb.
Osman Gündüz Mərkəzi mərkəzi icra orqanlarında informasiya açıqlığı sahəsində əvvəlki illərlə müqayisədə əhəmiyyətli müsbət irəliləyişlərin olduğunu, daha çox mərkəzi icra orqanı arasında informasiya açıqlığı üzrə rəqabətin yarandığını qeyd edib.
Monitorinqin nəticələrinə əsasən informasiya açıqlığı üzrə Reytinq Cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq Vergilər Nazirliyi (79.1%), Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (78.5%) və Dövlət Neft Fondu ( 78.2 %) tutub.
Sonuncu yeri isə Azərbaycan Hava Yolları QSC (32.1 % ) tutub.
70 Mərkəzi icra qurumları üzrə orta informasiya açıqlığı göstəricisi 61.5 % ( 2015-ci ildə 56%, 2013-cü ildə 39 %, 2012-ci ildə 33.5%) olub.
Cari ildə 70 dövlət qurumundan artıq 60- informasiya açıqlığı üzrə 50%-lik həddi keçə biliblər.
2015-cü ildə cəmi 55 qurum informasiya açıqlığı üzrə 50%-lik həddi keçə bilib, 2013-cü ildə cəmi 21 qurumun açıqlıq göstəricisi 50%-dən yüksək olub.
Yerli icra hakimiyyətləri (şəhər və rayon) üzrə orta informasiya açıqlığı göstəricisi isə cəmi 14.5 % ( 2015-ci ildə 15%, 2013-cü ildə : 12.7 %) olub.
Yerli icra qurumların informasiya açıqlığı sahəsində ciddi problemlərin qaldığı bir daha diqqətə çatdırılıb.Bu sahədə vəziyyətin daha kəskin olduğu bildirilib. Ötən illərlə müqayisədə yerli icra orqanlarında , rayon və çəhər icra hakimiyyətlərinin rəsmi saytlarında hər hansı bir ciddi dəyişiklik baş vermədiyi, əksinə gerilə olduğu qeyd edilib. Qeyd edilib ki bu qurumların saytlarının hamısı bir-birini təkrarlayır, açıqlanması məcburi olan infromasiyalarn 80-90% -i rəsmi saytlarda yoxdur..
Ötən müddətdə Dövlət Nefft Fondunun, VXSİ Dövlət Agentliyinin, Əmlak Məsələləri Dövlət Agentliyinin,Gənclər və İdman Nazirliyinin, QHT-lərə Dövlət Dəstəyi Şurasının, Müəllif Hüquqları Agentliyinin, Standartlaşdırma , Meterologiya və Patent üzrə Dövlət Komitəsinin informasiya açıqlığı sahəsində əh’miyyətli irəliləyişlərin olduğu bildirilib.
Bununla belə Hesabatda əvvəlki illərdə infromasiya açıqlığı sahəsində daha yaxşı mövqedə olan Təhsil Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Mərkəzi Bankın, Fövqəladə Hallar Nazirliyinin onlayn infromasiya resurslarında müəyən qədər geriləmələrin olduğu bildirilib.
Dəyirmi Masada Millət vəkili Əflatun Amaşov, Açıq Hökumətin Təşviqi üzrə Platformanın kordinatoru Əliməmməd Nuriyev, media ekspertlər Ələsgər Məmmədli və Azər Həsrət, VXSİ Dövlət Agentliyinin bölmə müdiri Ulduz Xəlilova, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi Tahir Məmmədov, RYTN Məlumat Hesablama Mərkəzinin şöbə müdiri Nadir Rəsulov ,Ombudsman Aparatının əməkdaşı Faiq Agayev , Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən
İsfəndiyar Hacıyev, XDMX Xüsusi Rabitə və İnfromasioya Təhlükəsizliyi Dövlət Agentliyinin rəsmisi Tural Məmmədov, Şəffaflıq Azərbaycan qurumunun Məhəmməd Muradov , Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, Yeni Media Jurnalistləri” İB-nin sədri Xaqani Səfəroğlu və digər nümayəndələr çıxış ediblər.
Çıxışlarda növbəti monitorinqin mühüm ictimai əhəmiyyət kəsb etməsi vurğulanıb. Bu sahədə mərkəzi icra orqanlarında son illərdə xeyli irəliləyişlərin olduğunu bildiriblər. Bununla belə çıxışlarda həmçinin hələ də açıqlanması məcburi olan informasiyaların xeyli hissəsinin bəzi Mərkəzi icra orqanlarından , xüsusilə də yerli icra orqanlarının saytlarından əldə edilməsinin mümkünsüzlüyü qeyd olunub. Bu sahədə dövlət nəzarətini həyata keçirməli olan dövlət qurumunun da fəaliyyətinin zəif olması vurğulanıb . Yerli icra orqanlarının informasiya açıqlığı sahəsindəki mövcud vəziyyətin çox aşağı səviyyədə olması vurğulanıb.
Monitorinqin nəticələrinin ictimailəşdirilməsinin və davamlı olaraq aparılmasının zəruriliyi qeyd
olunub. Təqdimat mərasimində hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimaisektorun təmsilçiləri iştirak edib.
Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib
Fotolar : https://business.facebook.com/multimediamerkezi/photos/?tab=album&album_id=1363654267008034
Multimedia Mərkəzi
informasiya@gmail.com
Pretty! This has been an incredibly wonderful post. Thank you for supplying this information. Sheba Donalt Guarino
5:42:55 pm
Many thanks extremely beneficial. Will certainly share website with my good friends. Janice Harris Querida