Saturday 07th December 2024,

2016

Ξ Leave a comment

“Azərişıq” ASC -nin www.azerishiq.az domen adlı internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
“Azərişıq” ASC -nin www.azerishiq.az  domen adlı internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası “Azərişıq” ASC -nin www.azerishiq.az  ünvanlı İnternet saytının monitorinqində də qeyd etdiyimiz kimi saytda sahə ilə bağlı müəyyən  bilgilər yer alıb. Lakin, saytda parametrlər üzrə çatışmayan bilgilər də mövcuddur.  Bu çatışmazlıqları aradan qaldırmaq istiqamətdə tövsiyələr təqdim etməyə zərurət var.

Beləliklə, çatşmayan məqamlara birlikdə nəzər salaq. Dövlət qurumunun rəhbərləri və kollegiya haqqında məlumatlara rast gəlinmir. Quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar da yoxdur. Əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərə rast gəlinmir. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya saytda öz əksini tapmayıb. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilməmişdir. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s) haqqında bilgi, vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, həmçinin dövlət qulluqçusunun etika qaydalarına rast gəlmədik. Dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, mübahisələrin həlli qaydaları yoxdur. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti ilə bağlı layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmir. Əks əlaqə üçün onlayn formaların mövcudluğu çox aşağıdır. Sayt daxilində axtarış sistemi işlək deyil və sosial şəbəkələrdə də səhifəsi aktiv sayılmır.

 

Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə bilgilər mövcuddur. Lakin rəhbərləri və kollegiya haqqında məlumatlara rast gəlinmir. Bunu nəzərə almağı tövsiyə edərdik.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar     qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, dövlət qurumunun ünvanının marşrut və sxemi, telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi verilir. Hətta Bakı şəhəri üzrə bütün Rayon Enerji Təchizatı və Satışı İdarələrinin də tam ünvanları qeyd olunub. Lakin dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur. Bu halların aradan qaldırılması tövsiyyə edilir.

3. Dövlət qurumunun tabeliyindəki informasiya sistemləri barədə bilgi təqdim edilmişdir.Qurumun strukturunun ümumi sxemi, aparat, qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri qeyd olunub. Bu barədə yetərli bilgilər mövcud olduğuna görə əlavə tövsiyə verilmir.

4. Dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapıb. Lakin əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərə rast gəlinmir. Bu halların aradan qaldırılması tövsiyə edilir.

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi (hətta qəzetlər, agentliklər, televiziya, fotoqalereya, bülleten və xəbərlər ayrıca bölüm kimi təqdim edilir), dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib. Bu barədə yetərli bilgilər mövcud olduğuna görə əlavə tövsiyə verilmir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya saytda öz əksini tapmayıb. Bu bilgilər olmadığı üçün bunun nəzərə alınmasını tövsiyə edərdik.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərdən istifadə qaydaları, xidmətlərin statistikası, onlayn müraciət imkanı mövcuddur.  Saytda iki Qaynar Xətt fəaliyyət göstərir. Enerji Satışı üzrə qaynar xətt: (012) 440 44 04 və Texniki Sahə üzrə qaynar xətt: (012) 440 29 21, hətta “199 Qəza Xidməti”nin də olması diqqət çəkir. Bu istiqamətdə hər hansı əlavə tövsiyəyə ehtiyac duyulmur.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi qeyd edilməmişdir. Bunu nəzərə almağı tövsiyə edərdik.

9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir. Bunu da nəzərə almağı tövsiyə edə bilərik.

10. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları, digər qəbul formaları (video qəbul və s) haqqında bilgi, vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları, həmçinin dövlət qulluqçusunun etika qaydalarına rast gəlmədik. Bu bilgilərin təqdim edilməsi tövsiyə olunur.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, tender və yarışmaların nəticələri, habelə elanların arxivi qeyd edilmişdir. Lakin dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, mübahisələrin həlli qaydaları yoxdur. Bu halların aradan qaldırılması tövsiyə edilir.

12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Lakin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmir. Bu bilgilərin təqdim edilməsi tövsiyə olunur.

13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanları qismən qənaətbəxş saymaq olar. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və istifadə rahatlığı, domen rahatlığı mövcud olsa da, əks əlaqə üçün onlayn formaların mövcudluğu çox aşağıdır. Sayt daxilində axtarış sistemi işlək deyil və sosial şəbəkələrdə də səhifəsi aktiv sayılmır. Qeyd edilənləri  nəzərə almağı tövsiyə edərdik.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV