Multimedia Mərkəzi tərəfindən cari ildə aparılan dövlət qurumlarının rəsmi İnternet resurslarının informasiya açıqlığı üzrə monitorinqi başa çatmaq üzrədir.
Bu il həyata keçirilən monitorinq prosesində 70 Mərkəzi icra orqanının ( Nazirliklər, Dövlət komitələri və s. ) və 65 Yerli icra orqanının (Rayon və şəhər icra hakimiyyətləri) rəsmi saytlarının informasiya açıqlığı vəziyyəti araşdırılıb.
3 ay davam edən monitorinqin nəticələri ilə bağlı oktyabrın 25-də saat 11-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Dövlət qurumlarının onlayn şəffaflıq vəziyyəti: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa təşkil ediləcək
Toplantıda dövlət qurumlarının onlayn şəffaflıq Hesabatı və onlayn şəffaflıq üzrə növbəti Reytinq Cədvəli ictimaiyyətə təqdim olunacaq.
Dəyirmi Masada dövlət orqanlarının, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.