Wednesday 26th June 2019,

2015

Ξ Leave a comment

Yevlax Şəhəri İcra Hakimiyyəti www.yevlax-ih.gov.az domen adlı İnternet saytının 31 iyul 2015-ci tarixli monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Yevlax Şəhəri İcra Hakimiyyəti www.yevlax-ih.gov.az domen adlı İnternet saytının 31 iyul 2015-ci tarixli monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Yevlax Şəhəri İcra Hakimiyyəti  www.yevlax-ih.gov.az İnternet resursundan şəhər haqqında demək olar ki, məlumat almaq mümkün deyil. Saytın görünüşü normal, istifadəsi də rahat olsa da, rayonun coğrafi mövqeyi, təhsili, səhiyyəsi haqqındakı bilgilər yetərsizdir. Şəhərin tarixi haqqında saytda heç bir məlumat yoxdur. Saytın elektron müraciət, eıektron xidmətlər, poçt və rabitə bölmələri üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Qurumun tarixi, ona daha öncə rəhbərlik etmiş şəxslər barədə məlumat yoxdur. Qurumun rəhbəri haqda bioqrafik məlumat olsa da, onun müavinləri, aparat, şura və struktur rəhbərləri haqda bioqrafik məlmatlar yoxdur.

Xəbərlər bölməsini qənaətbəxş hesab etmək olar, informasiyaların yenilənməsi diqqət çəkir.

Beləliklə, Yevlax Şəhəri İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:

1.  Şəhərin əhalisi, iqtisadiyyatı, mədəniyyəti, idmanı haqqındakı bilgilər kifayət qədərdir, Şəhərin coğrafi mövqeyi,  təhsili, səhiyyəsi barədəki informasiyalar azdır. Şəhərin tarixi bölməsi isə tamamilə boşdur. Qurum, qurumun rəhbəri haqqında verilmiş məlumatlar qənaətbəxşdir. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə məlumat verilmir.

2.  Ziyarətçilərin əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı verilsə də, birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin telefon nömrələri də saytda yoxdur. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.

3.  Qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar yararsızdır, onlarla əlaqə nəmrələri də saytda yoxdur. Şura bölməsindəki bilgilər də çox azdır.  Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında da məlumatlar saytda öz əksini tapmır.

4.  Qurumun rəhbəri haqda qısa bioqrafik məlumat var, amma ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında bilgilər təqdim edilmir. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər də yoxdur.

5.  Cari informasiyalar baxımından sayt zəngin sayıla bilər. Monitorinq apardığımız müddətdə saytdakı sonuncu informasiya cari ilin bu ayına (iyul) aiddir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.

6.   Qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri barədə informasiyalara da saytda rast gəlmək olmur.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.

8.   Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.   Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.  Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər var. Burada vəzifəli şəxslərin əlaqə nömrələrinə də rast gəlinmir. Rəhbər işçilər tərəfindən nə vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV